25 Oktyabr 2018 14:35
428
İQTİSADİYYAT
A- A+

Çinin CNEEC şirkəti Azərbaycanda avtomobil şinləri istehsal etmək istəyir


"Azərbaycan İnvestisiya Şirkəti" ASC və Çinin "Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd" (CNEEC) şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan CNEEC şirkətinin nümayəndələri ilə görüşüb.
Nazir Şahin Mustafayev Azərbaycan-Çin əlaqələrinin uğurla inkişaf etdiyini, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində önəmini vurğulayıb. Qeyd olunub ki, iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın, investisiya qoyuluşlarının və ticarət əlaqələrinin genişləndirilməsinə müsbət töhfəsini verir.
Azərbaycan Çinin "Bir kəmər - Bir yol" strategiyasını dəstəkləyir. Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə Çinə səfəri zamanı "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqi haqqında imzalanmış anlaşma memorandumu nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafı, Çin şirkətlərinin "Trans-Xəzər Tranzit Dəhlizi"ndən istifadəsi üçün geniş imkanlar açır.
Nazir qeyd edib ki, 2017-ci ildə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 20 faiz artıb. Bu ilin yanvar-sentyabr aylarında isə ölkələrimiz arasında ticarət dövriyyəsi 848,9 milyon ABŞ dolları təşkil edib. 2017-ci ildən Azərbaycanın Çində ticarət nümayəndəsi fəaliyyət göstərir ki, bu, ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafında əhəmiyyətlidir. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin təqribən 50 faizi Azərbaycanın payına düşür. Azərbaycanda ticarət, xidmət, sənaye, tikinti və digər sahələrdə 100-dən çox Çin sərmayəli şirkət fəaliyyət göstərir. CNEEC şirkətinin də Azərbaycanda iş təcrübəsi var və müxtəlif layihələrin icrasında iştirak edib.
CNEEC-in vitse-prezidenti Cen Çencun şirkətin Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib və ölkəmizdə bir sıra layihələrin reallaşdırılmasında iştirak etdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycana növbəti səfər zamanı Çin nümayəndə heyəti iqtisadi sahədə əməkdaşlığa dair bir sıra görüşlər keçirib, Sumqayıt Kimya Sənaye Parkında olub. Cen Çencun CNEEC-in Azərbaycanda avtomobil şinlərinin istehsalı sahəsində əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb, bu məqsədlə ölkəmizdə reallaşdırmaq niyyətində olduqları layihəyə dair təqdimat keçirib.
Görüşün sonunda "Azərbaycan İnvestisiya Şirkəti" ASC və CNEEC şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video