25 Oktyabr 2018 02:23
620
Təhsil
A- A+

Dövlət qayğısından güc alırıq


Ermənistan silahlı qüvvələri 26 ildir ki, Ağdamı, bütövlükdə rayon ərazisinin dörddəüç hissəsini işğal altında saxlayır. Bəşəriyyətin üz qarası olan mənfur qonşularımız təkcə kəndlərimizi, şəhərlərimizi, çoxsaylı yaşayış məntəqələrimizi işğal etməyiblər, minillik tarixə malik mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin də qəsdinə durublar. Doğma vətənimizdə məcburi köçkünə çevrilmişik. Prezident

İlham Əliyevin cəbhə bölgələrinə, xüsusilə Ağdama və ağdamlılara davamlı diqqəti, isti münasibəti sayəsində sosial problemlərimizin, mənzil-məişət qayğılarımızın həlli yüksək səviyyədə təmin edilir, amma bununla belə ürəyimizə vurulan Qarabağ yarası hələ də qaysaq bağlamır.

Ölkə rəhbərinin Ağdama və ağdamlılara olan diqqət və qayğısı hər bir kəsin ürəyində hədsiz minnətdarlıq hissi doğurur. 18 yeni yaşayış qəsəbəsinin salınması bu qayğının bariz nümunəsidir. Hər bir qəsəbədə zəruri infrastruktur - məktəblər, xəstəxanalar, uşaq bağçaları, mədəniyyət evləri, klublar və s. yaradılmışdır. İnanırıq ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yeritdiyi uğurlu siyasət bizi tezliklə doğma yurd yerlərimizə qovuşduracaqdır.

Ağdam şəhər orta ixtisas musiqi məktəbi 1958-ci ildə fəaliyyətə başlayıb. Məktəb 2000-ci ildən musiqi texnikumu, 2010-cu ildə isə musiqi kolleci adlandırılıb. Bu sənət ocağının məzunları arasında respublikanın xalq artistləri Ramiz Quliyev, Qədir Rüstəmov, Rafiq Hüseynov (Rəmiş), professor Vaqif Əbdülqasımov, çox sevilən xanəndə və müğənnilər Sədi Məmmədov, Barat Fərhadov, Şahmalı Kürdoğlu, Elza Qeybalıyeva, Aydın Məmmədov, Aydın Niftalıoğlu, Tacir Allahverdiyev, Nadir Bayramlı, İlhamiz Paşayev və başqaları vardır.

Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı bizim məktəbə də köçkünlük həyatı yaşatmışdır. Bir müddət Xındırıstan kəndində, 1993-2006-cı illərdə Bərdə şəhərindəki mədəniyyət sarayında fəaliyyət göstərdik. 2006-cı ildə Quzanlı qəsəbəsində yeni inşa olunmuş binaya köçdük. Burada tələbələr və müəllimlər üçün də normal şərait vardır. 473 tələbənin təlim-tərbiyəsi ilə 59 müəllim məşğul olur. Bütün qüvvəmizi, səy və bacarığımızı səfərbər etmişik ki, dövlət qayğısına ehtiram əlaməti olaraq üzərimizə düşən vəzifəni şərəflə yerinə yetirək.


Laura AĞAYEVA,

Ağdam Musiqi Kollecinin direktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video