24 Oktyabr 2018 22:32
201
SİYASƏT
A- A+

Leyla Abdullayeva: Nikol Paşinyanın son açıqlaması münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirir


Ermənistan baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın təkrarən səsləndirdiyi "Qarabağ rəhbərliyi münaqişənin həlli prosesinə qatılmayınca biz problemin həllindən uzağıq” açıqlaması münaqişənin mövcud format əsasında danışıqlar yolu ilə həllinə xələl gətirir, status-kvonun möhkəmlənməsinə və gərginliyin yaranmasına xidmət edir. Seçkiqabağı dövrdə Ermənistan rəhbərliyinin səsləndirdiyi belə əsassız bəyanatlar daha çox daxili auditoriyaya hesablanıb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı son bəyanatına dair suala cavabında deyib.

"Ermənistan rəhbərliyi ölkəsinin gələcək inkişafını düşünərək münaqişənin tezliklə həlli istiqamətində real addımlar atmalı, beynəlxalq öhdəliklərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl edərək Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalıdır.

Ermənistanın baş naziri vəzifələrini icra edən Paşinyan öz xalqını sülh prosesi yolunda yanıldaraq aldatmamalıdır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin dəfələrlə bəyan etdiyi kimi, hazırkı status-kvo vəziyyəti dayanıqlı deyil və qəbuledilməzdir”, - deyə L.Abdullayeva bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video