24 Oktyabr 2018 20:51
233
SİYASƏT
A- A+

Prezident Administrasiyasının rəsmisi: Ermənistanın baş nazirinin açıqlamaları destruktiv xarakter daşıyır



Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Ermənistanın baş nazirinin qondarma rejimin danışıqlar prosesinin tərkib hissəsi olması və operativ əlaqənin qurulması barədə fikirlərini AZƏRTAC-a şərh edib.

Hikmət Hacıyev deyib ki, Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlar prosesində iştirak etməsi barədə açıqlamaları destruktiv xarakter daşıyır və tamamilə qəbuledilməzdir. Ermənistan gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib. İşğal olunmuş ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni mövcudluğu davam edir. Ona görə də beynəlxalq hüququn imperativ normalarından irəli gələrək münaqişə tərəfi kimi məsuliyyət daşıyan dövlət Ermənistan Respublikasıdır. Bu kimi zərərli ritorikanın əvəzinə, mövcud format və gündəlik əsasında nəticəyönümlü danışıqlar intensivləşdirilməlidir.

"Operativ əlaqənin qurulması barədə səslənən fikirlərə gəldikdə isə onu deyə bilərik ki, bu, dövlət başçıları, xarici işlər və ya müdafiə nazirləri arasında qurulmuş əlaqə deyil. Bu kimi operativ əlaqə işçi qaydada müəyyən aşağı səviyyələr çərçivəsində qurulur. Ermənistan və Azərbaycan arasında münaqişə tərəfləri olaraq danışıqlar aparılır və bu baxımdan müəyyən təmasların olması normal haldır”, - deyə Prezident Administrasiyasının rəsmisi qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video