24 Oktyabr 2018 20:44
509
SİYASƏT
A- A+

Hikmət Hacıyev: Con Boltonun səfəri Azərbaycan-ABŞ əlaqələrinin daha da dərinləşməsi üçün əlverişli imkanlar yaradır


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri ilə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.

-ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfərini necə şərh edərdiniz?

-Dövlətimizin başçısı İlham Əliyev ilə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton arasında görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib. Bu səfər Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafı və daha da dərinləşməsi üçün əlverişli imkanlar yaradır. Görüş əsnasında enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə kimi sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıldı. Azərbaycanın Əfqanıstanda sülhyaratma missiyasına verdiyi dəstək və töhfə təqdir olundu. Həmçinin ölkəmizdə xarici investorlar üçün yaradılmış münbit şərait qeyd olunaraq, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və ABŞ şirkətlərinin və sərmayələrinin daha yaxından Azərbaycan bazarına cəlb edilməsi məsələləri müzakirə olundu.

Görüşdə dövlətimizin başçısı tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsi xüsusilə vurğulandı. ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olduğunu nəzərə alaraq, münaqişənin tezliklə həlli və regionda dayanıqlı sülhün təmin olunması üçün bütün həmsədrlər tərəfindən səylərin artırılmasının vacibliyi qeyd olundu.

-Görüş çərçivəsində regional məsələlərə dair nə kimi müzakirələr aparıldı?

-Görüşdə regional və beynəlxalq gündəlikdə duran məsələlər barədə də fikir mübadiləsi aparıldı. Regional məsələlərə gəlincə, dövlətimizin başçısı tərəfindən bir daha qeyd olundu ki, Azərbaycanın qonşu dövlətlərlə işgüzar və dostluq münasibətləri var.

Bildiyiniz kimi, məlum səbəblərə görə Ermənistan istisna olmaqla, Azərbaycan dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn ali prinsiplərini rəhbər tutaraq qonşu dövlətlərlə əlaqələri davamlı surətdə inkişaf etdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video