24 Oktyabr 2018 16:34
785
Elm və texnika
A- A+

Ölkəmizdə informasiya texnologiyaları sahəsində insan resurslarının əsasını gənclər təşkil edir


Ölkəmizdə informasiya texnologiyaları sahəsində insan resurslarının əsasını gənclər təşkil edir.
Bunu AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev istedadlı və yaradıcı gənclərin III Respublika toplantısında çıxışı zamanı deyib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, R.Əliquliyev ölkə rəhbərliyinin gənclər siyasətinə müvafiq olaraq keçirilən bu kimi tədbirlərin cəmiyyətin sosial-iqtisadi, mədəni-mənəvi həyatında fəal iştirak edən gənclərin innovativ potensialının üzə çıxarılması, gənc nəslin müasir informasiya-kommunikasiya texnologiyalarından (İKT) səmərəli istifadəyə təşviq edilməsi kimi hədəflərə xidmət etdiyini deyib. Alim ölkəmizdə müxtəlif sahələrdə çalışan, yaradıcı və intellektual fəaliyyətlə məşğul olan gənclərin sayının artırılmasına böyük önəm verildiyini, bu gənclərin cəmiyyətin əsas hərəkətverici qüvvəsini təşkil etdiyini bildirib.

Müasir dövrdə biliklər cəmiyyətinin qurulmasında gənclərin böyük rolu olduğunu söyləyən akademik gənclərdən ibarət biliklər iqtisadiyyatı ordusunun yaradılmasının zəruriliyini vurğulayıb. O, son 15 il ərzində ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlərin artdığını, kompüter elmləri üzrə nəşr olunan məqalələrin sayına görə Azərbaycanın Cənubi Qafqaz ölkələri arasında ön sırada olduğunu vurğulayıb.

Alim qeyd edib ki, ölkəmizdə informasiya təhlükəsizliyi sahəsinin önəmini nəzərə alaraq bu istiqamətdə ali məktəblərə qəbulun 7 dəfə artırılması informasiya texnologiyaları üzrə kadrların yetişdirilməsinə göstərilən diqqətin bariz nümunəsidir.

AMEA rəhbərliyi tərəfindən gənclər siyasətinə xüsusi önəm verildiyini, gənclərin inkişafı, intellektual potensialının artırılması, daha geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb edilməsi, ölkənin ictimai, sosial və mədəni həyatında rolunun artırılması üçün kompleks tədbirlərin görüldüyünü vurğulayan R.Əliquliyev bildirib ki, akademiyanın əsas hədəflərindən biri də gənclərin elmi və təşkilati fəaliyyətinə dəstək vermək, onları müasir dövrün tələbləri səviyyəsində yüksəkixtisaslı peşəkar kadr kimi yetişdirməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video