24 Oktyabr 2018 16:30
718
Elm və texnika
A- A+

Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinin ilkin nəticələri açıqlanıb


Azərbaycan İlahiyyat İnstitutunda qəbul üzrə ayrılmış plan yerləri 100 faiz dolub və burada 103 tələbə təhsil alır.
AZƏRTAC xəbər verir ki, bu məlumatı Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyətinin ilkin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında rektor Ceyhun Məmmədov açıqlayıb. O, institutun Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradıldığını xatırladıb.

İnstitutun fəaliyyəti, reallaşdırılan layihələr və perspektivlər barədə danışan rektor bildirib ki, Aİİ 2018-2019-cu tədris ilində fəaliyyətinə islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə başlayıb. Bu ali təhsil müəssisəsi keyfiyyətli tədrisi təmin edəcək kadr potensialına malikdir. Dərslər ingilis və ərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilən, öz sahəsində dərin akademik biliyə malik alimlər tərəfindən aparılır. Onların arasında Azərbaycanla yanaşı, Türkiyə, Böyük Britaniya, ABŞ, İran, Suriya və Portuqaliya kimi ölkələrdə akademik fəaliyyətlə məşğul olanlar var.

Qeyd olunub ki, Aİİ-də hazırda ilahiyyat fakültəsi və islamşünaslıq, dinşünaslıq, dillər və ictimai fənlər kafedraları mövcuddur. Təhsil iki istiqamətdə - islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə həyata keçirilir. İnstitutun təhsil standartlarının müəyyənləşdirilməsində Harvard, Oksford və Kembric universitetlərinin, eləcə də Şərqin qabaqcıl ali təhsil müəssisələrinin təcrübəsi geniş araşdırılaraq tətbiq olunub. Burada tədris Azərbaycan dilindədir. Gələcəkdə rus, ingilis və ərəbdilli bölmələrin açılması və müxtəlif ölkələrdən tələbələrin təhsilə cəlb olunmaları, həmçinin yəhudilik, xristianlıq, hinduizm və buddizm kimi böyük dünya dinlərinin müqəddəs mətnlərinin tədqiqi baxımından zəruri olan ivrit, qədim yunan, latın və sanskrit dillərinin tələbələrə öyrədilməsi məqsədilə xüsusi kursların təşkili planlaşdırılır.

Rektor diqqətə çatdırıb ki, institutda təhsil ödənişsizdir, tələbələr bütün fənlər üzrə pulsuz dərsliklərlə təmin edilib. Gələcəkdə tələbələrin pulsuz geyim, yemək və yataqxana ilə təmin olunacaqları nəzərdə tutulur.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputati Hikmət Babaoğlu, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, "525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və digər çıxış edənlər institutun yaradılmasını təqdirəlayiq hal kimi qiymətləndiriblər.

Qeyd olunub ki, yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyət sahəsində yüksəkixtisaslı kadr hazırlığının təmin olunması məqsədilə yaradılan İlahiyyat İnstitutu Azərbaycan xalqının tarixi ənənələrə söykənən və dövlət siyasətinin məntiqi nəticəsidir.

Sonra tədbir iştirakçıları institutla tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video