24 Oktyabr 2018 16:20
228
İQTİSADİYYAT
A- A+

Ekspert: Ölkə əhalisinin düyüyə olan ümumi tələbatı 45 min tondan çoxdur


Son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişafı, əhalinin düyüyə tələbatının ödənilməsi və çəltik istehsalının artırılması istiqamətində bir sıra tədbirlər görülüb və müsbət nəticələr əldə olunub. "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamına əsasən buğda və çəltik əkini sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına hər hektar üçün 90 manat yardım verilməsi, həmçinin kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən digər tədbirlər istehsalçılarda bu sahəyə marağı artırıb.

"Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri, kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli ölkəmizdə çəltikçiliyin perspektivləri ilə bağlı AZƏRTAC-ın sorğusunu cavablandırıb.

"Ölkə əhalisinin düyüyə olan tələbatının yalnız 23 faizi yerli istehsal hesabına ödənilir”

Nicat Nəsirli bildirib ki, statistik hesablamalara görə, 2016-cı ildə ölkəmizdə 2500 min hektarda çəltik əkilib, 5,6 min ton məhsul əldə olunub. 2017-ci ildə çəltiyin əkin sahəsi əvvəlki illə müqayisədə 2 dəfədən çox artaraq 5100 hektara, düyü istehsalı isə 16,2 min tona çatıb. Orta məhsuldarlıq 31,1 sentner/hektar təşkil edib. Hazırda bu məhsul üzrə idxaldan asılılıq yüksək səviyyədədir. Təkcə ötən il Hindistan, Pakistan, İran və digər ölkələrdən 51 min 60 ton düyü idxal olunub və buna 36 milyon ABŞ dolları xərclənib. Ölkə əhalisinin düyüyə olan ümumi tələbatı isə təxminən 45 min tondan çoxdur. İl ərzində 8 ton düyü ixrac olunduğunu nəzərə alsaq, tələbatın yalnız 23 faizinin yerli istehsal hesabına ödənildiyini görərik.

2025-ci ilədək çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi isə 40 min tona çatdırılacaq

Çəltikçilik çətin əl əməyi tələb edən sahələrdən olub. Yeni texnologiyalar əsasında yetişdirilmiş çəltik şitilləri ötən il ilk dəfə olaraq Koreya Respublikasından gətirilib və ən müasir maşın-mexanizmlərdən istifadə edilməklə cənub bölgəsində əkilib. Nicat Nəsirli qeyd edib ki, çəltik istehsalına marağın artırılması üçün "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Proqramda yaxın illərdə çəltik əkini sahələrinin genişləndirilməsi və çəltiyin məhsuldarlığının artırılması, bu sahə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, elmi təminatın və kadr potensialının gücləndirilməsi, emal müəssisələrinin yaradılmasının təşviqi, toxumçuluq təsərrüfatlarının yaradılmasının dəstəklənməsi və digər məsələlər öz əksini tapıb. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə orta məhsuldarlıq 40,0 sentner/hektar olmaqla, çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaq.

"Unutmaq olmaz ki, dənli bitkilərin əkin strukturunda, eləcə də insanların qida rasionunda düyü buğdadan sonra ikinci yeri tutur. Düyüyə tələbat ilbəil artım dinamikasına malik olduğundan, çəltik istehsalı kənd təsərrüfatının ən perspektivli sahələrindən biridir”, - deyə "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video