24 Oktyabr 2018 09:55
632
İDMAN
A- A+

UEFA Çempionlar Liqasının üçüncü turuna start verilib


Oktyabrın 23-də UEFA Çempionlar Liqasının üçüncü turuna iki oyun ilə start verilib.
AZƏRTAC xəbər verir ki, E qrupunda yer alan Yunanıstanın AEK klubunun komandası doğma meydanda Almaniyanın "Bavariya” komandasını qəbul edib. İlk dəqiqələrdən rəqibin qapısı önündə təhlükəli vəziyyətlər yaradan "Bavariya" bir neçə əlverişli imkanı əldən verib. Fasiləyə qədər hesab dəyişilməyib.
Qarşılaşmanın ikinci hissəsində almanlar hesabı açmağa nail olub. Matçın 61-ci dəqiqəsində Xavyer Martinez adını tabloya yazdırıb - 0:1. Qoldan iki dəqiqə sonra "Bavariya” hesab arasındakı fərqi iki topa çatdırıb. Belə ki, Rafinyanın cinah ötürməsini komandanın əsas qol silahı sayılan Robert Levandovskiy dəqiq zərbə ilə tamamlayıb - 0:2. Qalan dəqiqələrdə komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.
Turun digər açılış matçında İspaniyanın "Valensiya" klubunun komandası səfərdə İsveçrənin "Yanq Boyz" komandasının qonağı olub. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb. Meydan sahiblərinin heyətində Goran Hoarau, qonaqların isə Mişi Batşuayi fərqləniblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video