02:51 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


01:26 27.11.2021

BİLDİRİŞ


01:25 27.11.2021

BİLDİRİŞ


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İndi kəndlinin bərəkətli torpağı, bol suyu, rahat yolu var
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:06 24.10.2018

Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının Azərbaycanın bölgələrinə gətirdiyi yeniliklər İmişli rayonunun simasında da özünü aydın göstərir. İndiyədək bu proqramlar çərçivəsində rayonda bir sıra önəmli işlər görülüb.
Nəticədə bu bölgədə də qeyri-neft sektoru inkişaf edir, yeni iş yerləri açılır, əhalinin güzəranı getdikcə daha da yaxşılaşır. Digər rayonlar kimi, İmişlinin də sosial-iqtisadi inkişafı dövlət başçısının daim diqqət mərkəzindədir. Ölkənin Prezidenti seçildiyi 2003-cü ildən bəri İlham Əliyev 5 dəfə bu rayonda səfərdə olub.
Prezidentin cari il oktyabrın 22-də rayona səfəri zamanı neçə-neçə istehsal və sosial yönümlü yeni obyektin açılışında iştirak etməsi İmişli rayonuna dövlət qayğısının və dəstəyinin daha bir əyani təzahürüdür. Həmin gün istifadəyə verilən Araz çayının yeni qol-kanalı vasitəsilə Saatlı, İmişli və Biləsuvar rayonlarının torpaq sahələri suvarma suyu ilə təmin olunacaq. Bu kanal ölkədə qeyri-neft sektoruna, o cümlədən aqrar sahənin inkişafına sanballı töhfə verəcək.
Torpağın canı sudur. Bu baxımdan ölkədə çoxsaylı meliorasiya tədbirlərinin həyata keçirilməsi böyük önəm kəsb edir.
Son 15 ildə Azərbaycanda 4 min kilometrə yaxın yeni suvarma kanalları, 2700 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələri yaradılıb. Taxtakörpü, Şəmkirçay, Tovuzçay su anbarlarının istifadəyə verilməsi bir çox ərazilərin su təchizatı və meliorasiya vəziyyətini yaxşılaşdırıb, minlərlə hektar su dəyməyən torpaqlara su verilib. Araz çayının yeni qol-kanalının istifadəyə verilməsi bu tədbirlərin davamlı olduğunu təsdiqləyir.
Araz çayının yeni qol-kanalının tikintisi böyük maliyyə vəsaiti hesabına başa gələn layihədir. Bu layihəyə birinci mərhələdə 80 milyon manat sərmayə qoyulub. Yeni beton su kanalı 53 min hektar torpağı su ilə təmin edəcək. Bundan Biləsuvar, İmişli və Sabirabad rayonlarının zəhmətkeşləri bəhrələnəcəklər. Növbəti mərhələdə isə 10 min hektar torpağa suyun verilməsi nəzərdə tutulur. Beləliklə, yaxın gələcəkdə Sabirabad rayonunun torpaqları da suvarma suyu alacaq. Odur ki, Araz çayının yeni qol-kanalının istifadəyə verilməsi fermerlərə, kənd adamlarına böyük hədiyyədir.
Obyektin açılışında Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə dövlət başçısına müraciət edərək hamının ürəyindən keçən bir fikri ifadə etmişdir: "Mən əvvəllər uzun müddət kənd təsərrüfatı sahəsində işləmişəm. İndi kənddə işləmək çox asandır. Siz kəndlinin torpağını da, suyunu da verirsiniz, başqa infrastrukturu da yaradırsınız, yolunu çəkirsiniz, hər şey edirsiniz, kəndliyə yalnız işləmək qalıb. Kəndli də işləyir və nəticələr yüksəlir. Ona görə də Azərbaycanda kənd təsərrüfatı sahəsində dinamik inkişaf heç vaxt dayanmayıb. Bu 15 il ərzində həmişə artım tempi olub”.
Bu artım, bu irəliləyiş İmişlinin timsalında da özünü göstərir. İndiyədək burada içməli su layihələri həyata keçirilib, 40-dan çox kənddə modul tipli təmizləyici qurğular quraşdırılıb. Rayonda qazlaşdırma 92 faizə çatıb. Geniş sosial infrastruktur yaradılıb. İdman Olimpiya Kompleksi, Gənclər Mərkəzi, Mərkəzi rayon xəstəxanası istifadəyə verilib, 25 məktəb əsaslı təmir edilib, yaxud yenidən tikilib.
Rayonda elektrik enerjisi ilə təchizat sahəsində heç bir problem yoxdur. Oktyabrın 22-də İmişlidə Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin istifadəyə verilməsi isə rayonda enerji infrastrukturunun modernləşməsi istiqamətində daha bir uğurlu addımdır. Bu mərkəz elektrik enerjisinin alış nöqtəsindən istehlak nöqtəsinə qədər bütün mərhələlərdə şəbəkənin idarə olunmasını həyata keçirəcək. Bundan əlavə, yüksək və aşağı gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsində və enerji ilə təchizatın səviyyəsinin yüksəldilməsində mühüm rol oynayacaq.
İstehsal sahəsində də işlər ürəkaçandır. Rayon ərazisindəki pambıqçılıq və taxılçılıq təsərrüfatlarında uğurlar əldə edilir. "MKT” İstehsalat Kommersiya MMC-nin İmişli filialının direktoru Oqtay Gülmalıyev qazanılan nailiyyətlər barədə danışarkən bildirib: "Müəssisəmizə dövlət qayğısı sayəsində 3800 hektar sahədə iri taxılçılıq təsərrüfatının yaradılmasına 5 milyon manat güzəştli kredit ayrılıb. Ümumilikdə 8,8 milyon manat olmaqla, fermerlərlə bağlanmış müqavilə əsasında 5200 hektarda pambıq, 800 hektar sahədə isə arpa və buğda əkilib. Taxıl sahələrində hər hektardan 45-55 sentner məhsul əldə edilib. Ona görə də şirkətimiz taxıl əkini sahələrinin genişləndirilməsini nəzərdə tutur”.
Mövsümün əvvəlindən indiyədək tarlalardan 10 min ton pambıq yığılıb. Məhsul isə hələ boldur və pambıqçılar hər hektardan 24 sentnerdən çox pambıq gözləyirlər.
Yetişdirilən məhsulun bazara daşınmasında, kənddə yaşayan əhalinin rahatlığının təmin olunmasında yolların əvəzsiz rolu var. Son dövrdə İmişlidə yol tikintisi də vüsət alıb. Kənd yollarının yarıya qədəri əsaslı şəkildə təmir edilib, yaxud yenidən çəkilib. Bakı-İmişli-Horadiz-Cocuq Mərcanlı istiqamətində ən yüksək standartlara uyğun yol istifadəyə verilib.
Dövlət başçısının İmişliyə səfəri çərçivəsində açılışını etdiyi yeni yollar da rayon camaatına böyük töhfə olmuşdur. Belə ki, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsinin yenidən qurulması yekunlaşıb. Xatırladaq ki, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolu respublikanın regionları, o cümlədən Yevlax, Bərdə, Beyləqan rayonları arasında iqtisadi əlaqələrin, eləcə də turizmin, sosial inkişafın, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı, həmin yol Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əlaqələndirən magistral olmaqla, tranzit xidmətlərinin səmərəsini artıracaq.
Yeni açılan İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolu da rayon əhalisinin sevincinə səbəb olub. Belə ki, bu yol 40 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Əvvəllər həmin ərazinin sakinləri çınqıl və torpaq örtüklü yolla gedib-gələrkən çox əziyyət çəkirdilər. Yolun yenidən qurulması ilə bu problemlər öz müsbət həllini tapıb.
İmişlidə artıq "ASAN xidmət” də fəaliyyət göstərəcək. Bu mərkəz 624 mindən çox vətəndaşa xidmət edəcək. Burada 10 dövlət orqanı tərəfindən sakinlərə 32 növ xidmətin göstəriləcəyi nəzərdə tutulub. Mərkəzdə eyni zamanda funksional yardımçı xidmətlər, məsələn, bank, sığorta, hüquqi yardım, tərcümə və digər xidmətlər təşkil ediləcək.
Azərbaycanın bütün bölgələrində istifadəyə verilən, o cümlədən bu günlərdə İmişlidə açılan yeni istehsal təyinatlı və sosialyönümlü obyektlər ölkəmizin güclü iqtisadi imkanlarının göstəricisidir. İmişlililər ilə görüşlər zamanı Prezident İlham Əliyevin dediyi kimi: "Bu gün Azərbaycan istənilən infrastruktur layihəsini uğurla icra edə bilər və icra edir... Bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar, hər bir yerdə, hər bir rayonda, hər bir kənddə yaşayan vətəndaşlar işlə təmin olunsunlar, onların rifah halı yaxşılaşsın və dövlət bu istiqamətdə öz tədbirlərini görür”.

Flora SADIQLI,
"Azərbaycan”


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM