23 Oktyabr 2018 19:20
301
CƏMİYYƏT
A- A+

Milli-mənəvi dəyərlərimizin qorunması dövlət-din siyasətinin tərkib hissəsidir


Oktyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, regional konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Göyçay Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət fəalları, həmçinin dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar iştirak ediblər.

Konfransı açan rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, Azərbaycanda ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilməyə başlanılıb, bu dəyişikliyin fonunda ölkədə etiqad, inanc azadlığı bərqərar olub. M.Səlimzadə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki dini dözümlülük və tolerantlığın dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirildiyini vurğulayıb.

Mehdi Səlimzadə Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsinin bütün dünyada yüksək qiymətləndirildiyini söyləyib. O, eyni zamanda, ölkəmizdəki dövlət-din münasibətləri çərçivəsində bütün dini konfessiyaların qanun qarşısında eyni statusa malik olduğunu qeyd edib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunmasına, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılmasına və möhkəmləndirilməsinə geniş imkanlar açıb. Vurğulanıb ki, bu model Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da gücləndirilib və dünyada artıq nümunə kimi qəbul olunur. Dövlətimizin başçısının bu istiqamətdə atdığı addımlar davamlı xarakter daşıyır, eləcə də multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır.

Dövlətin din siyasətinin tərkib hissəsində milli-mənəvi dəyərlərimizin qorunmasının önəmli yerlərdən birini tutduğunu deyən DQİDK sədri bu dəyərlərin qorunmasında dini maarifləndirməyə xüsusi diqqət yetirildiyini qeyd edib. M.Qurbanlı diqqətə çatdırıb ki, keçirilən konfransların, görüşlərin əsas məqsədi dini maarifləndirmə yolu ilə milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində aparılan işlərə töhfə vermək və yad dini ideologiyaların yayılmasına qarşı mübarizə aparmaqdır. O, cəmiyyətdə, xüsusilə gənclər arasında xurafatın, eləcə də zərərli vərdişlərin, zərərli dini cərəyanların təbliğ etdiyi ideyaların qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini bildirib. Din pərdəsi altında gizlənən radikal qrupların məqsədinin stabilliyi pozmaq, xaos yaratmaq yolu ilə öz siyasi ambisiyalarını həyata keçirmək olduğunu qeyd edən Komitə sədri Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən bu cür halların qarşısının qətiyyətlə alındığını diqqətə çatdırıb.

Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Əli Məmmədov dövlətin dinə və din xadimlərinə qayğısından bəhs edib. Ə.Məmmədov diqqət və qayğıya görə bölgə dindarları adından Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək, dindarların bütün məsələlərdə daim dövlətin yanında olduğunu söyləyib.

Konfrans öz işini oktyabrın 24-də Göyçay şəhər 1 saylı orta məktəbdə məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin, həyat bilgisi fənnini tədris edən müəllimlərin və məktəb psixoloqlarının iştirakı ilə "Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video