23 Oktyabr 2018 14:17
450
DÜNYA
A- A+

Çində dünyanın ən uzun dəniz körpüsü açıldı


Çinin Quandun əyalətinin Çjuxay şəhərində dünyada ən uzun dəniz körpüsünün açılışı olmuşdur. Təntənəli mərasimdə 700 nəfər, o cümlədən Çin Xalq Respublikasının sədri Si Cinpin, habelə Honq Konq və Makao administrasiyalarının başçıları Kerri Lam və Fernando Çuy iştirak etmişlər. Bu barədə "Sinxua” agentliyi xəbər verir.

Ümumi uzunluğu 55 kilometr olan tunel-körpü keçidi Makao, Çjuxay və Honq Konq şəhərlərini birləşdirmişdir. Keçid körpüdən və 6,7 kilometrlik sualtı tuneldən ibarətdir. Onun qurulması üçün iki süni ada yaradılmışdır. Konstruksiya qasırğaların və zəlzələnin zərbələrinə tab gətirməyə qadirdir.

İnşası doqquz ildən çox davam edən körpü 15 milyard avroya başa gəlmişdir. O, Honq Konqdan Çjuxaya səfər vaxtını 3 saatdan 30 dəqiqəyə endirməyə imkan verir. Keçiddən hər gün təxminən 30 min nəqliyyat vasitəsi və 120 mindən çox sərnişin istifadə edəcək.



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video