23 Oktyabr 2018 10:39
368
İQTİSADİYYAT
A- A+

Parisdə Azərbaycan şərablarının dequstasiyası keçirilib


Baş qərargahı Parisdə yerləşən Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatında (OİV) bu qurumun, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin, Fransadakı səfirliyimizin və AZPROMO-nun birgə təşkilatçılığı ilə Azərbaycan şərablarının dequstasiyası təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Beynəlxalq Üzümçülük və Çaxırçılıq Təşkilatının baş direktoru Jan-Mari Oran Azərbaycana səfərindən, qədim şərabçılıq ənənələrimizdən, Gəncə şəhərində keçirilən şərab festivallarından danışıb, ölkəmizdə üzümçülüyün inkişafına göstərilən dövlət qayğısına toxunub.

Azərbaycanın kənd təsərrüfat naziri İnam Kərimov ölkəmizin iqtisadiyyatının dinamik inkişafından, onun dünyada tolerantlıq nümunəsi olmasından, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin burada birgə mehriban yaşamasından söz açıb. Prezident İlham Əliyevin qeyri-neft sektorunun, xüsusilə də aqrar sektorun inkişafına xüsusi diqqət verdiyini, bu sektorda yeni mərhələnin başlandığını bildirib.

Qeyd edilib ki, şərabçılıq rentabelli sahədir. Ölkəmizin kənd təsərrüfatı məhsulları təbii xüsusiyyətlərinə və keyfiyyətlərinə görə rəqabətədavamlıdır.

"Biz məhsullarımızın daha çox Avropa bazarlarına çıxarılmasını istəyirik. Buna görə də beynəlxalq əlaqələrimizin möhkəmlənməsinə xüsusi diqqət yetiririk. OİV strateji və etibarlı tərəfdaşımızdır. Azərbaycan bu təşkilatla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Gələcək tərəfdaşlığımızın perspektivləri ilə bağlı böyük ambisiyalı ideyalarımız var”, - deyən nazir İnam Kərimov ölkəmizdə kənd təsərrüfatının, üzümçülüyün və şərabçılığın inkişafı üçün həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.

Sonra AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Azərbaycan Şərab İstehsalı və İxracı Assosiasiyasının sədri Elçin Mədətov çıxış ediblər.

AZPROMO-nun missiyası haqqında məlumat verilib. Bildirilib ki, bu qurum dövlət və özəl sektorun birgə təşəbbüsüdür və əsas məqsədi qeyri-neft məhsullarının ixracını təşviq etməkdir.

Tədbirdə, həmçinin Azərbaycan şərablarının yüksək keyfiyyətindən, onların istehsalında tətbiq olunan müasir texnologiyalardan bəhs olunub, şərablarımızın beynəlxalq normalara cavab verdiyi diqqətə çatdırılıb.

Sonra ölkəmizin 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizədliyindən bəhs edən videoçarx nümayiş etdirilib.

Daha sonra iştirakçılar SİAL Paris beynəlxalq ərzaq sərgisində iştirak edən şirkətlərin şərabları ilə tanış olublar. Tədbirdə iştirak edən bir çox peşəkarlar şərablarımız haqqında yüksək fikrilərini bildiriblər. Bəzi distributorlar artıq ölkəmizin şərab istehsalçıları ilə razılığa da gəliblər.

Azərbaycan şərablarının dequstasiyasında Paris Qida Məktəbinin (EPMT) müəllimi Aleksandr Lezyö və tələbələri də iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video