Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:05 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Parlamentin fəaliyyəti təkmilləşdirilir, deputatların statusu beynəlxalq standartlara uyğunlaşdırılır
Parlamentin fəaliyyəti təkmilləşdirilir, deputatların statusu beynəlxalq standartlara uyğunlaşdırılır
ANA SƏHİFƏ / PARLAMENT
18:27 22.10.2018


"Deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməli, öz səlahiyyətlərindən maraqları üçün istifadə etməməli, maraqlarının onun deputatlıq fəaliyyətinə təsir göstərməsinə şərait yaratmamalı, həmçinin səlahiyyət müddətində deputatlıq səlahiyyəti müddətindən sonrakı dövrlərdə digər sahədəki fəaliyyətinə dəstək yaratmaq məqsədi ilə hər hansı bir hərəkət (hərəkətsizlik) etməməlidir. Deputat hər hansı maraqlı tərəflə ünsiyyət zamanı şəffaflıq və dürüstlük prinsiplərini rəhbər tutmalıdır”.

Bu fikirlər "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Qanunun "Maraqlar toqquşmasının qarşısının alınması” adlı 11-ci maddəsinin yeni redaksiyada hazırlanmış 11.1-ci maddəsində yer alıb.

Qanuna edilən dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 22-də keçirilən iclasında müzakirə edildi. Komitə sədri Əli Hüseynli dəyişikliklərlə bağlı məlumat verdi, qanun layihəsinin 3 oxunuşda müzakirə ediləcəyini dedi.

Dəyişikliklərə əsasən xidməti vəzifələrinin icrası ilə maraqları arasında ziddiyət yarana biləcəyi hallarda deputat həmin maraqlar barəsində Milli Məclisin İntizam Komissiyasına məlumat verməlidir. Bundan başqa, qanuna təklif edilən 10.1-1-ci maddəyə görə, deputat xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz, habelə bu cür hədiyyəni xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsə təklif edə bilməz. Yeni təklif olunan 10.3-cü maddəyə görə isə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və güzəştlər təklif olunduğu hallarda, deputat onlardan imtina etməlidir. Bütün bunlar deputata ondan asılı olmayan səbəbdən verilərsə, o bu barədə Milli Məclisin İntizam Komissiyasına məlumat verməlidir.

Daha sonra "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna və Milli Məclisin Daxili Nizamnaməsinə təklif olunan dəyişikliklər müzakirə edildi. Bildirildi ki, qanuna təklif edilən dəyişikliklər "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun və "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Qanunun tətbiqi ilə əlaqədardır. Milli Məclisin Daxili Nizamnaməsinə təklif olunan dəyişikliklər isə həm də 2016-cı ilin sentyabrında referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının tətbiqi ilə bağlıdır. Diqqətə çatdırıldı ki, bu məsələlərlə əlaqədar 27 maddə üzrə 72 dəyişiklik, həmçinin 2 yeni normanın əlavə edilməsi təklif olunur.

Milli Məclisin Daxili Nizamnaməsinə nəzərdə tutulan dəyişikliklərdən biri parlamentin qapalı iclasının keçirilməsi ilə ələqədardır. Dəyişikliyə əsasən qapalı iclas 83 deputatın tələbi və ya Azərbaycan Prezidentinin təklifi ilə keçirilə bilər. Dəyişikliklərin bir hissəsi qanun və qərar layihələrinin hazırlanması və baxılması qaydalarının təkmilləşdirilməsini nəzərdə tutur. 16-cı maddəyə təklif olunan varianta görə isə hökumətlərarası müqavilələr və texniki dəyişikliklər istisna olmaqla digər məsələlər 3 oxunuşda müzakirə olunur. Deputatın toxunulmazlığına xitam verilməsi qaydası ilə əlaqədar 22-ci maddəyə təklif olunan dəyişiklikdə qeyd olunur ki, "Deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxıla bilər”.

Müzakirələr zamanı deputatlardan Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Tahir Kərimli, Sabir Hacıyev və digər komitə üzvləri layihələrlə bağlı təklif və iradlarını bildirdilər. Bəzi məsələlərin işçi qaydasında müzakirəsi qərara alındı.

Qanun layihələri birinci oxunuş üçün Milli Məclisin plenar müzakirəsinə tövsiyə olundu.


Rəşad CƏFƏRLİ,
"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM