22 Oktyabr 2018 18:12
455
İQTİSADİYYAT
A- A+

Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında ölkə üzrə tərəfdaşlıq strategiyası müzakirə olunub


Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında 2019-2023-cü illəri əhatə edəcək ölkə üzrə tərəfdaşlıq strategiyası müzakirə olunub.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 22-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Janqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri, o cümlədən 2019-2023-cü illəri əhatə edəcək ölkə üzrə tərəfdaşlıq strategiyası müzakirə olunub, birgə həyata keçirilən elektrik enerjisi, nəqliyyat-yol şəbəkəsi və dəmir yolu, su təchizatı layihələrinin icra vəziyyəti nəzərdən keçirilib. Xüsusilə, AİB-in ölkəmizin makroiqtisadi sabitliyinə, dövlət sektorunda effektivliyin artırılmasına, Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsinə, "Şimal-Cənub” nəqliyyat dəhlizinin bir hissəsinin yenidən qurulmasına verdiyi dəstək vurğulanıb.

Görüş zamanı, həmçinin bir sıra sahələrdə texniki yardımlar, eləcə də islahatyönümlü layihələr, maliyyə idarəçiliyi və digər sahələr üzrə fikir mübadiləsi aparılıb.

1966-cı ildə təsis edilən Asiya İnkişaf Bankının əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradan qaldırılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir. AİB-ə 48-i regional və 19-u qeyri-regional olmaqla, 67 ölkə üzvdür. Bankın baş ofisi Filippin Respublikasının paytaxtı Manila şəhərində yerləşir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video