22 Oktyabr 2018 16:33
358
DÜNYA
A- A+

Türkiyədə 18 terrorçu zərərsizləşdirildi


Türkiyədə son bir həftə ərzində 18 terrorçu, o cümlədən PKK ekstremistlərinin başçılarından biri zərərsizləşdirilmişdir. Onlardan 2-si məhv edilmiş, 16-sı tutulmuşdur. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat verir.

Nazirliyin xətti ilə oktyabrın 15-dən 22-dək 2829 əməliyyat həyata keçirilmişdir. Türkiyənin yeddi vilayətində terrorçuların 19 sığınacağı, habelə 20 əldəqayırma partlayıcı qurğusu məhv edilmişdir. 17 əl qumbarası, 48 kiloqram partlayıcı, 34 ədəd silah və 1747 döyüş sursatı müsadirə olunmuşdur.

PKK terrorçuları ilə işbirliyində şübhəli bilinən 199 nəfər, İŞİD-lə əlaqəyə görə 71 nəfər, FETÖ təşkilatı ilə mübarizə çərçivəsində 667 nəfər, solçu terrorçu təşkilatlarla mübarizənin gedişində 19 nəfər saxlanmışdır.

Planlı əməliyyatlar zamanı 6097 nəfər tutumuşdur. Onlardan 187-si qanunsuz miqrasiya ilə əlaqəli cinayətlərdə, 4954-ü narkoticarətdə və adam alverində şübhəli bilinir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video