22 Oktyabr 2018 16:32
423
DÜNYA
A- A+

Kanadada üç güclü zəlzələ baş verdi


Dünən Kanadanın Sakit okean sahilinin yaxınlığında üç güclü zəlzələ baş vermişdir. Rixter cədvəli ilə 6,6 bal gücündə birinci yeraltı təkan yerli vaxtla səhər 05:39-da qeydə alınmışdır. Saat 06:16-da episentri Britaniya Kolumbiyası vilayətinin Port-Xardi yaşayış məntəqəsindən 234 kilometr cənub-qərbdə, ocağı 21 kilometr dərinlikdə olan 6,8 bal gücündə yeni zəlzələ baş vermişdir. Bundan altı dəqiqə sonra həmin rayonda 6,5 bal gücündə üçüncü zəlzələ qeydə alınmışdır. Bu barədə ABŞ Geoloji Xidməti məlumat vermişdir.

Sunami təhlükəsi elan edilməmişdir. Mümkün dağıntılar və tələfat barədə də hələ ki heç bir məlumat daxil olmamışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video