22 Oktyabr 2018 16:31
375
DÜNYA
A- A+

İspaniya milyonçularının sayı çox sürətlə artan ilk on ölkə sırasına daxil olub


Pireney yarımadasında yerləşən bu krallıq "pul dağarcıqları”nın sayının artım dinamikasına görə dünyada səkkizinci yeri tutub. AZƏRTAC xəbər verir ki, KİV-lər bu barədə məlumatı İsveçrənin "Credit Suisse” bankına istinadla yayıblar.

AZƏRTAC xəbər verir ki, krallıqda 851 min milyonçu yaşayır. Onların 60 min nəfəri bu elit "maliyyə klubu”na cari ildə daxil olmuş yeni milyonçulardır.

"Credit Suisse” analitiklərinin apardığı tədqiqat göstərir ki, ayrı-ayrı şəxslərin əlində toplanmış sərvətin məcmusu 2017-ci il iyulun 1-dən 2018-ci il iyunun 30-dək olan dövr ərzində 14 trilyon dollar, yəni 4,86 faiz artıb. Ümumi rifahın artım sürəti dünya əhalisinin artım sürətini qabaqlayır.

"Credit Suisse”nin proqnozlarına görə, İspaniya milyonçularının sayı çox sürətlə artan ilk on ölkə sırasındakı yerini yaxın on ildə qoruyub saxlayacaq. İspaniya milyonçularının sayı artaraq 2023-cü il üçün 1 milyon 200 min nəfərə çatacaq. Hətta Amerika Birləşmiş Ştatlarında da milyonçular təbəqəsi ləng – 5 il ərzində cəmi 18 faiz artacaq. Yeri gəlmişkən, Böyük Britaniya (30 faiz), İtaliya (33 faiz) və Fransa (40 faiz) kimi dövlətlər də İspaniyadan geri qalacaqlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video