22 Oktyabr 2018 16:30
235
SİYASƏT
A- A+

Ukraynalı deputat: Prezident İlham Əliyev güclü siyasi lider, islahatçı kimi böyük nüfuza malikdir


Azərbaycan Prezidenti İlham Əliyev atası Heydər Əliyev kimi strateji hədəfləri yerinə yetirən güclü siyasi lider, islahatçı və modernist kimi böyük nüfuza malikdir. Türkiyədə Azərbaycan Prezidentinin iradəsi nəticəsində "Star” neft emalı zavodunun açılması da böyük planların tərkib hissəsidir. Prezident İlham Əliyevin dövlət başçısı olaraq 15 illik fəaliyyəti ən yüksək hörmət və qiymətə layiqdir.

Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy söyləyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev son 15 ildə ölkənin hərtərəfli inkişafına nail olub. Çoxsaylı islahatların nəticəsində Azərbaycanın iqtisadi, siyasi və enerji müstəqilliyi təmin edilib. Azərbaycanın həyata keçirdiyi enerji siyasəti nəticəsində ölkə dünya siyasətində xüsusi yer tutur.

"Hər dəfə Azərbaycanda olarkən bir daha əmin oluram ki, dövlətin düzgün strategiyası nəticəsində uğurlu sosial layihələr reallaşdırılıb. Şəhərlərin gözəlliyi, yol infrastrukturunun yenidən qurulması, xalqın rifahının artırılması və bu kimi islahatlar əhalinin dövlətinə, hakimiyyətinə, Prezidentinə inamını artırıb”,- deyə ukraynalı deputat əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video