22 Oktyabr 2018 16:27
632
İDMAN
A- A+

Avstriyalı ekstremal idmançı yeni dünya rekordu müəyyən edib


Avstriyalı ekstremal idmançı Mixael Ştrasser yeni dünya rekordu müəyyənləşdirib. Alyaskadan Pataqoniyaya qədər 22 min 642 kilometrlik məsafəni velosipedlə 84 günə qət edən idmançı "Ice2Ice” layihəsini uğurla başa vurub.

AZƏRTAC xəbər verir ki, vətəni Avstriyada böyük coşqu ilə qarşılanan idmançı bu məsafəni əvvəlki rekordun sahibi şotlandiyalı Dean Skottdan 15 gün tez başa vurub. Amerika qitəsini şimaldan cənubadək velosipedlə qət edən M.Ştrasser yürüş ərzində ümumi hündürlüyü 168 min metr olan yüksəklikləri aşıb.

Otuz beş yaşlı idmançı yürüşə Argentinanın cənubunda yerləşən Uşuaya şəhərində yekun vurub. Turun sonuna yaxın ekstremal hava şəraiti, çovğun, əks istiqamətdən əsən güclü külək, yüksəklikdən asılı olaraq isti və soyuq havanın bir-birini əvəzləməsi onu taqətdən salsa da, güclü əzmkarlığı yeni dünya rekordunu müəyyən etməyə imkan verib.

Gün ərzində orta hesabla 268 kilometr məsafə qət edən idmançı bu layihə çərçivəsində 35 min avro məbləğində ianə də toplaya bilib. M.Ştrasser bu vəsaiti amiotrofik lateral skleroz (ALS) xəstələrini müalicə edən tibbi mərkəzlərə hədiyyə edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video