22 Oktyabr 2018 16:24
260
DÜNYA
A- A+

Dünya ictimaiyyəti Camal Kaşıkçının qətlinə reaksiya verməyə başlayıb


Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard oktyabrın 23-dən 25-dək Səudiyyə Ərəbistanının paytaxtında keçiriləcək "Future Investment Initiative” konfransında iştirak etməyəcək. Hələ bir neçə gün bundan əvvəl K.Laqard bildirmişdi ki, bu tədbirə getmək niyyətindədir. Lakin o, yekunda Ər-Riyada getməkdən imtina edib və bunun səbəbini açıqlamayıb. Bu barədə AZƏRTAC BVF rəhbərinin "Twitterdə”ki səhifəsinə istinadla bildirir.

Beynəlxalq siyasi və iqtisadi elitanın bir çox nümayəndələri - ABŞ-ın maliyyə naziri Stiven Mnuçin, Fransa və Niderlandın maliyyə nazirləri, həmçinin "BNP Paribas”, "Credit Suisse”, "HSBC”, "JPMorgan Chase” və "Societe Generale” banklarının rəhbərləri Laqardın bu hərəkətindən nümunə götürərək konfransda iştirakdan imtina ediblər.

İmtinaya "The Washington Post”un 59 yaşlı icmalçısı, səudiyyəli müxalif jurnalist Camal Kaşıkçının qətli səbəb olub. Onun itməsi oktyabrın 3-də - Kaşıkçının Səudiyyə Ərəbistanının İstanbulda yerləşən Baş konsulluğuna Türkiyədə yaşayan nişanlısı ilə nikah bağlamaq barədə sənədləri rəsmiləşdirməyə gəldiyi günün ertəsi məlum olub.

Səudiyyə Ərəbistanının rəsmi şəxsləri təxminən bundan üç həftə sonra C.Kaşıkçının ölümünü təsdiqləyiblər. Jurnalist ilə "onun konsulluqda görüşdüyü şəxs” arasında "mübahisə” dalaşmaya gətirib çıxarıb və "Kaşıkçının ölümü ilə sona yetib”. Səudiyyənin dövlət agentlikləri ölkənin baş prokurorluğuna istinadən bu xəbəri şənbəyə keçən gecə, oktyabrın 20-də yayıblar. Bəyanatda, həmçinin bildirilir ki, Kaşıkçının qətli ilə bağlı krallığın 18 vətəndaşı həbs edilib.

Bir çoxları artıq Ər-Riyad konfransına getməkdən imtina etsə də, bəzi dəvət olunanlar hələ qəti cavab verməyiblər. Almaniyanın "Siemens” konserninin başçısı Co Kezer yaxın günlərdə qərar verəcəyini bildirib. O, mövqeyini belə izah edib: "Kaşıkçının itməsi ciddi insidentdir. Digər tərəfdən, əgər insanların itkin düşdüyü ölkələr ilə danışmasaq, biz evdə oturmalı olacağıq, çünki münasibət qurmağa daha heç kim qalmayacaq”.

Buna bənzər dilemma ilə təkcə biznesmenlər deyil, siyasətçilər də rastlaşırlar. "Biz Səudiyyə Ərəbistanını və onun kral ailəsini bizim lazım bildiyimiz kimi davranmağa məcbur edə bilmərik. Bunun əvəzində biz müəyyən problemlərin həlli ilə məşğul olmalıyıq”, - deyə Bundestaqda XDİ/XSS fraksiyasının xarici siyasət üzrə eksperti Yurgen Xardt "Deutschlandfunk” radiosunun efirində bəyan edib. Siyasətçilər mövqeləri və fəaliyyətləri ilə razı olmadıqları həmkarları ilə də dialoq aparmalıdırlar.

"Məsələn, Yəməndə səudiyyəlilər ölkə hökuməti tərəfindən çıxış edir və silahlı husit dəstələrinə qarşı beynəlxalq hüququ kobud şəkildə pozmaqla qızğın mübarizə aparırlar. Buna görə də Ər-Riyadın siyasəti son dərəcə birmənalı olmayan təəssürat yaradır”, - deyə Xardt bildirib.

Siyasətçi istisna etmir ki, Kaşıkçı işində yeni təfərrüatlar üzə çıxdıqdan sonra Avropa Səudiyyə Ərəbistanına münasibətdə öz kursunu təshih etməyə məcbur olacaq.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video