22 Oktyabr 2018 14:58
680
Mədəniyyət
A- A+

Britaniya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığa dair prioritet istiqamətlər mövcuddur


Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev Britaniya Şurasının (British Council) Azərbaycan üzrə yeni təyin olunmuş direktoru Samr Şahla görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə qonaq Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə tanışlıqdan zövq hissi keçirdiyini qeyd edib. Bildirib ki, Böyük Britaniya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığa dair bir çox prioritet istiqamətlər mövcuddur.
Görüşdə mədəniyyət sahəsi üzrə həyata keçirilmiş birgə layihələr, o cümlədən gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Mədəni irsin qorunması, mədəniyyət sahəsində təhsil və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Dünya səviyyəli Britaniya teatrlarının ən son və məşhur tamaşalarının ölkəmizdə uğurla səhnələşdirildiyi "Teatr HD” layihəsi və əlilliyi olan şəxslərin incəsənətdə iştirakının dəstəklənməsi məqsədini daşıyan "Unlimited” proqramı çərçivəsində əməkdaşlığın davam etdirilməsi, həmçinin Nazirliklə Şura arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması ilə bağlı ilkin razılıq əldə olundu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video