22 Oktyabr 2018 14:49
316
İQTİSADİYYAT
A- A+

Transxəzər Marşrutu üzrə yüklərin daşınması zamanı xidmətlərin göstərilməsinə sərf edilən müddət təsdiqlənib


Oktyabrın 22-də Bakıda "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan, Gürcüstan, Ukrayna dəmiryolu və dəniz nəqliyyatı şirkətlərinin nümayəndələri iştirak ediblər.
İclasa sədrlik edən "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbər və siravi heyətini 160 illik yubiley münasibəti ilə təbrik edib. Qocaman şirkətə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
İclasda 2018-ci ilin doqquz ayında TBNM üzrə yüklərin daşınması planının yerinə yetirilməsi müzakirə olunub, marşrut üzrə yüklərin daşınması zamanı xidmətlərin göstərilməsinə sərf edilən müddət təsdiqlənib.
Eyni zamanda, iclasda marşrut üzrə yüklərin çatdırılması müddəti ilə bağlı daşıyıcılar və operatorlar arasında qarşılıqlı məsuliyyətin müəyyənləşdirilməsi barədə fikir mübadiləsi aparılıb. Tarif dərəcələri üzrə məlumatın assosiasiyanın və onun üzvlərinin saytlarında yerləşdirilməsinin formatı tərtib olunaraq razılaşdırılıb.
İştirakçılar yeni üzvlərin qəbulu ilə bağlı məsələni də müzakirə ediblər. Rumıniyanın "Grampet Group” və Qazaxıstanın "İstkomtrans” şirkətləri "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasına üzv qəbul olunub.
Bundan başqa, Gürcüstan dəniz limanları vasitəsilə daşınan Qazaxıstan taxıl yükünün zəmanətli həcmlərinə yenidən baxılıb.
Həmçinin, iclasda konsorsium tərəfindən ümumi yığıncağın qərarlarının yerinə yetirilməsi üzrə hesabat dinlənilib.
Tədbirin sonunda müvafiq protokol imzalanıb.
Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının iştirakı ilə yaradılıb. Daha sonra Ukrayna, Rumıniya, Polşa və Türkiyənin də aidiyyəti qurumları TBNM-ə qoşulub. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır. TBNM tərəfindən bütün marşrut boyu vahid keçid tarifi təyin olunub, "bir pəncərə” prinsipi tətbiq edilib və bu layihə çərçivəsində konteyner qatarları müvəffəqiyyətlə marşrut üzərindən daşınır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video