22 Oktyabr 2018 14:48
183
DÜNYA
A- A+

Berlin, Paris və London Ər-Riyaddan izahat tələb edirlər


Səudiyyə Ərəbistanı izahat verməlidir ki, bu ölkənin İstanbuldakı baş konsulluğunda jurnalist Camal Kaşıkçının qətli necə baş verib və bu izahat "tutarlı faktlara əsaslanmalıdır”.

AZƏRTAC xəbər verir ki, bu tələb Fransa, AFR və Böyük Britaniyanın bəyanatında yer alıb. Sənəddə, həmçinin deyilir: "Biz bildiririk ki, həqiqətin hərtərəfli, şəffaf və etibarlı əsasda müəyyən olunması üçün əlavə səylər göstərilməsi vacibdir. Biz baş verən hadisə barədə təqdim olunan izahatı əsas götürərək, bu biabırçı hadisənin bir daha təkrarlanmaması üçün yekun mühakiməsi yürüdəcəyik”.

Müttəfiqlərin bəyanatında daha sonra deyilir: "Jurnalistləri təhdid etmək, onlara qarşı hücumlar və qətllər heç bir vəchlə qəbul edilə bilməz və bu, xalqlarımız üçün olduqca əhəmiyyətlidir”. Üç ölkə vurğulayır ki, Səudiyyə Ərəbistanı ilə "münasibətlərin keyfiyyəti və əhəmiyyəti” bütün ölkələrin "beynəlxalq hüquqa müvafiq olaraq” üzərlərinə götürdükləri norma və dəyərlərə hörmətlə yanaşmasından asılıdır.

Bundan əvvəl Səudiyyə Ərəbistanı təxminən 3 həftəlik susqunluqdan sonra etiraf edib ki, Camal Kaşıkçı bu ölkənin İstanbuldakı konsulluğunda qətlə yetirilib. Bazar günü Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr jurnalistin qətlini "dəhşətli səhv” adlandırıb. Onun sözlərinə görə, Kral Salman təqsirkarların məsuliyyətə cəlb olunmasında qətiyyətlidir. Nazir, həmçinin bildirib ki, hökumətin və kral ailəsi üzvlərinin bu cinayətlə heç bir əlaqəsi yoxdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video