22 Oktyabr 2018 14:44
345
DÜNYA
A- A+

Donald Tramp ABŞ-ın Rusiya ilə nüvə müqaviləsindən çıxmaq niyyətində olduğunu bəyan edib


ABŞ Prezidenti Donald Tramp növbəti şok doğurucu bəyanatla çıxış edib. O bildirib ki, ABŞ 1987-ci il dekabr ayında ABŞ və Sovet İttifaqı liderləri tərəfindən Vaşinqtonda imzalanmış Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilədən çıxmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, Amerikanın sərt xətt tərəfdarlarının fikrincə, bu müqavilə Vaşinqtonun Sakit okeanda Çin ilə strateji rəqabətində onun əl-qolunu bağlayır və Amerika silahlı qüvvələrinin Çinin orta mənzilli raketləri ilə tarazlıq yaratmasının qarşısını alır. Halbuki həmin raketlər Amerikanın Sakit okeandakı hərbi bazaları, ABŞ-ın müttəfiqləri və Sakit okeanda Amerika gəmiçiliyi üçün təhdid mənbəyinə çevrilə bilər.

Prezident Donald Tramp Respublikaçılar Partiyasının seçkiqabağı mitinqində iştirak etmək üçün Nevadada olarkən jurnalistlər qarşısında çıxışında deyib ki, Rusiya həmin müqavilənin müddəalarını pozduğu üçün ABŞ Prezidenti belə hərəkət etmək istəyir. Rusiyanı uzun illər boyu bu müqaviləni pozmaqda ittiham edən Tramp vurğulayıb ki, ABŞ "nüvə sazişinin pozulmasına və silah istehsal etməsinə” imkan vermək fikrində deyil.

Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və Milli Təhlükəsizlik Şurasında silahlara nəzarət üzrə baş müşavir Tim Morrison da silahlara nəzarət üzrə daha bir iri komponentin – Rusiya ilə 2010-cu ildə imzalanmış yeni sazişin genişlənməsinin əleyhinədirlər. Həmin sazişə görə, hər iki ölkənin strateji döyüş başlıqlarının sayı 1550-dən çox olmamalıdır. 2010-cu ildə ABŞ Prezidenti Barak Obama və Rusiyanın ovaxtkı Prezidenti Dmitri Medvedev tərəfindən imzalanmış həmin sazişin müddəti 2021-ci ildə başa çatır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video