22 Oktyabr 2018 14:35
180
DÜNYA
A- A+

Ermənistan mətbuatı: Avropa qurumları dekabrda gözlənilən parlament seçkilərinin nəticələrini qeyri-legitim saya bilər


Ermənistanda növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca ölkədə siyasi gərginlik artır. Nikol Paşinyan baş nazir postundan istefa verdikdən sonra parlamentin rəyi olmadan bu vəzifəni icra etməsi Ermənistanı bir sıra problemlərlə üz-üzə qoya bilər.

AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, Avropa qurumları dekabrda gözlənilən parlament seçkilərinin nəticələrini qeyri-legitim saya bilər. Çünki, Paşinyana müxalif olan qüvvələr artıq narazılıqlarını ifadə etməyə başlayıblar.

Erməni politoloqların fikrincə, Paşinyan gözdən pərdə asmaq üçün guya istefa verib, amma hakimiyyəti əlində saxlayır. Bununla isə seçki nəticələrini özü bildiyi kimi saxtalaşdırmağa nail olacaq. Elə İrəvan meri seçkiləri də göstərdi ki, Nikol Paşinyan Ermənistanın siyasi səhnəsində öz partiyasından başqa qüvvə görmək istəmir. Sadəcə diasporu nəzərə alıb, daşnakları 10-15 faiz səslə içəri buraxa bilər. Respublika Partiyası isə parlamentdə təmsil olunmaq üçün 4 faizlik baryeri keçə bilməyəcək. Buna görə də siyasi təşkilatın əksər üzvləri seçkilərə getməyi lazımsız sayır.

Bundan başqa, Nikol Paşinyanın Sünik vilayətinə Unan Poqasyanı qubernator təyin etməsi də birmənalı qarşılanmayıb. Ötən həftə sakinlərin Ermənistan-İran magistralını bağlayaraq aksiya keçirməsi isə nəticəsiz qalıb. Paşinyan aksiya iştirakçılarının tələbi ilə təyinatı dəyişmək əvəzinə Sünikə gələrək Poqosyanı şəxsən özü təqdim edib. Onun bu addımı mətbuatda ciddi müzakirələrə yol açıb.

Ermənistan mətbuatı yazır ki, qubernator postuna qaranlıq keçmişə sahib birinin təyinatı anlaşılmazdır. Bu şəxs, Ermənistanın sabiq polis rəisi Vladimir Qasparyanın müavini olduğu vaxt dinc aksiya iştirakçılarına divan tutması ilə ad çıxarıb. O, etirazlar zamanı saxlanılan şəxslərə güc tətbiq etməkdən çəkinməyib. Buna dair mətbuatda yüzlərlə fakt var. Elə Nikol Paşinyan da deputat olduğu vaxtlarda parlamentdə onun qanunsuz əməlləri dəfələrlə müzakirəyə çıxarılıb. İndi isə belə bir şəxsi qubernator təyin edir. Hətta Sünik sakinlərinin etirazlarına da məhəl qoyulmayıb. Ermənistan polis rəisinin müavini Valeri Osipyan da Paşinyanın seçimini dəstəkləyərək, Unan Poqasyanla bağlı təyinatda qeyri-qanuni heç nə olmadığını bildirib.

Məqalələrdə "məxməri inqilab” zamanı Paşinyanın vədlərinə də diqqət çəkilir. Qeyd olunur ki, özünü xalqdan biri kimi qələmə verən bu şəxs Ermənistan sakinlərini əvvəlki quldur dəstəsindən xilas edəcək. Baş nazir seçildikdən sonra isə hər kəs bunun əksini gördü. Paşinyanın əksər təyinatları köhnə komandanın üzvləridir. Bu da cəmiyyətdə çaşqınlıq yaradıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video