22 Oktyabr 2018 14:34
721
Elm və texnika
A- A+

Elmin İnkişafı Fondu “Türk Dünyası Araşdırmaları” beynəlxalq qrant müsabiqəsi elan edib


Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) "Türk Dünyası Araşdırmaları” məqsədli beynəlxalq qrant müsabiqəsi elan edib.

EİF-dən AZƏRTAC-a bildirilib ki, müsabiqə çərçivəsində Azərbaycan-Türkiyə ("AzTürk-1”) beynəlxalq, "Azərbaycan və Türk Dünyası” tədqiqatları üzrə qrant alt-müsabiqələrinin təşkili nəzərdə tutulur. EİF və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən keçiriləcək "AzTürk-1” beynəlxalq qrant müsabiqəsinin məqsədi Azərbaycan və Türkiyədən olan alim və mütəxəssislərin təqdim etdikləri birgə elmi-tədqiqat layihələrinin təşkilatçı qurumların birgə qrantları vasitəsilə dəstəkləməkdir. Həmçinin bu tədqiqatların iqtisadiyyatda tətbiqinə şərait yaratmaq, yeni əməkdaşlıq imkanları yaratmaq, elmi təcrübə və bacarıqların mübadiləsini aparmaq, layihə üzrə qoyulmuş elmi problemlərin həllində onlardan istifadə etməkdir. Müsabiqə çərçivəsində fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli və 400.000 manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək.

EİF tərəfindən keçiriləcək "Azərbaycan və Türk Dünyası” tədqiqatları qrant müsabiqəsinin məqsədi isə "Elm haqqında” Qanunda (maddə 3) göstərilmiş prioritetlər üzrə təqdim edilən layihələrin, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, türkdilli ölkələrə qarşı törədilmiş cinayətlər, o cümlədən Xocalı soyqırımı, erməni diasporunun məkrli fəaliyyəti, iddiaları, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunması, sosial və tibbi problemlərinin araşdırılmasına dair tədqiqatların maliyyələşdirilməsidir. Həmçinin türk dünyası ölkələrinin maddi və qeyri-maddi irsinin tədqiqinə həsr olunmuş, türkdilli xalqların mənşəyi, genetik spesifikliyi, milli tərkibi, demoqrafik vəziyyəti, ümumtürk mifologiyası, eposları, yazılı ədəbiyyatı, əlyazmaları, leksikası, maarifçilik və bilik fəlsəfəsi, sosiologiyası, abidələri, islam mədəniyyətinin, türk dünyası ölkələrinin geosiyasi problemləri, iqtisadiyyatı, tarixi, davamlı inkişafı və inteqrasiya prosesləri, ekoloji, tibbi, bioloji və aqrar problemləri əhatə edən fundamental-tətbiqi xarakterli elmi-tədqiqat layihələri də müsabiqə yolu ilə dəstəklənəcək. Müsabiqə çərçivəsində fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli və 200.000 manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək.

Müsabiqədə iştirak etmək üçün hər iki alt-müsabiqə üzrə qrant layihələri noyabrın 1-dən gələn il yanvarın 31-i saat 17:00-dək qəbul olunacaq. "AzTürk-1” alt-müsabiqəsi üzrə nəticələrin gələn ilin ikinci yarısında, "Azərbaycan və Türk Dünyası” tədqiqatları alt-müsabiqəsinin nəticələrinin isə həmin ilin birinci yarısında açıqlanması planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video