22 Oktyabr 2018 14:08
238
CƏMİYYƏT
A- A+

İsmayıllı rayonunda 9 ayda sənayedə 51,5 faiz artım qeydə alınıb



2018-ci ilin doqquz ayı İsmayıllı rayonu üçün yaddaqalan hadisələrlə zəngin olub. Belə ki, avqustun 25-26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bölgəyə tarixi səfər ediblər. Səfəri zamanı Prezident Keyvəndi kəndinin ərazisində "AZZA AGRO” MMC-nin istifadəyə verilən müasir heyvandarlıq kompleksinin, Keyvəndi-Bəhliyan avtomobil yolunun, Kürdmaşı kəndi ərazisində "Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın, "Azərxalça” ASC-nin İsmayıllı filialının, yenidənqurma və bərpadan sonra Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun, İsmayıllı şəhərində yenidənqurmadan sonra istifadəyə verilən 110/35/10 kilovoltluq yarımstansiyanın açılışında, yeni salınan 22 kilometr uzunluğunda Dəmirçi-Lahıc avtomobil yolunun, Lahıc qəsəbəsində yeni inşa olunan 400 şagird yerlik tam orta məktəb binasının və Lahıc qəsəbəsinə təbii qazın verilməsinin açılışında iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sətirlər İsmayıllıda cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilən hesabat yığıncağında səsləndirilib. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun məruzəsində, eləcə də çıxışlarda ölkə başçısının bölgələrə, o cümlədən İsmayıllıya göstərdiyi diqqət və qayğı minnətdarlıq hissi ilə qeyd olunub. Vurğulanıb ki, Prezident İlham Əliyev İsmayıllıya səfərindən dərhal sonra rayonda yeni xalça istehsalı emalatxanasının tikintisi üçün "Azərxalça ASC-yə 2,4 milyon manat, İsmayıllı Rayon İcra Hakimiyyətinə 100 yerlik yeni uşaq bağçasının tikilməsi məqsədilə 1,5 milyon manat, İsmayıllı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yeni yaşayış binasının tikintisi üçün 3 milyon manat, İvanovka kənd Mədəniyyət Sarayının təmiri üçün 2,5 milyon manat vəsaitin ayrılması barədə müvafiq Sərəncamlar imzalayıb.

Məruzə və çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyevin müəyyən etdiyi sosial və iqtisadi siyasət, tövsiyə və tapşırıqlar 2018-ci ilin ötən dövrü ərzində İsmayıllıda da uğurla həyata keçirilib. Doqquz ay ərzində faktiki qiymətlərlə 193 milyon 33 min manat məbləğində ümumi məhsul istehsal olunub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 25 milyon 994 min manat çoxdur. İqtisadiyyatın əsas sahələrində, o cümlədən sənayedə 51,5 faiz, kənd təsərrüfatında 2,2 faiz, tikinti-quraşdırma işlərində 55,1 faiz və sair artım əldə edilib. Hesabat dövründə əsas kapitala 60 milyon 296 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15 milyon 976 min manat və ya 1,4 dəfə çox investisiya qoyulub.

2018-ci ilin doqquz ayında rayonda dövlət vəsaiti və sahibkarlar tərəfindən geniş miqyasda tikinti-quruculuq və abadlıq işləri görülüb. Belə ki, yaşayış evləri, istehsal və sosial təyinatlı obyektlər inşa olunub, şəhərdaxili küçələr abadlaşdırılıb, yollara asfalt örtüyü vurulub, ictimai yaşayış binalarında təmir işləri aparılıb.

Hesabat yığıncağında rayon iqtisadiyyatının aparıcı sahəsi olan aqrar sektorda uğurlu nəticələr qazanıldığı konkret faktlarla diqqətə çatdırılıb. Bu il hər hektardan 36,6 sentner olmaqla 79 min 286 ton buğda, 29,8 sentner olmaqla 20 min 723 ton arpa məhsulu toplanıb.

2019-cu ilin məhsulu üçün 25,4 min hektar sahədə şum çıxarılıb, 7,8 min hektar sahədə isə payızlıq buğda və arpa səpini aparılıb, səpin-əkin işləri davam etdirilir.

Hesabat ilində rayon ərazisində tütün əkin sahələri keçən illə müqayisədə artırılaraq 22 hektara çatdırılıb. Tütünçülük sahəsində 56 ailə işlə təmin olunub, qəbul məntəqəsinə 11 tondan artıq quru tütün təhvil verilib. Tütün tədarükü davam etdirilir.

Baramaçılıq rayonumuzda 2016-cı ildə bərpa edilib. Təkcə cari ildə isə 130 qutu baramaqurdu toxumundan 3899,9 kiloqram barama istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 1042 kiloqram çoxdur.

Ölkəyə daha çox valyuta gətirən və ixracyönümlü kənd təsərrüfatı məhsulu hesab edilən fındıq istehsalının artırılması istiqamətində rayonda son illərdə müəyyən işlər görülüb. Qarşıya qoyulan əsas vəzifə fındıq bağlarının sahəsini 2 min hektara çatdırmaqdır. Cari ilin yazında 502 hektar sahədə yeni fındıq bağları salınıb. Payız və növbəti ilin yaz aylarında daha 500 hektar sahədə fındıq bağlarının salınması nəzərdə tutulub.

Heyvandarlıq kənd təsərrüfatının mühüm sahəsidir. Hazırda rayonda 51 min 474 baş iribuynuzlu mal-qara, 178 min 630 baş qoyun-keçi, 278 min 100 baş quş var. Doqquz ayda heyvandarlıq məhsulları üzrə bütün göstəricilər əvvəlki ilə nisbətən artıb.

Heyvandarlığın sənaye təməli üzərinə keçirilməsi və iri heyvandarlıq təsərrüfatının yaradılması istiqamətində son illər rayonda mühüm işlər görülür. Belə ki, Keyvəndi kəndində "AZZA AQRO” MMC tərəfindən inşa edilən iri heyvandarlıq kompleksi istifadəyə verilib. Bu kompleksdə heyvandarlıq məhsullarının istehsalı və emalı istiqamətində böyük layihələr həyata keçiriləcək.

Hesabat yığıncağında arıçılığın, meyvəçiliyin, tərəvəzçiliyin inkişafı, yol infrastrukturunun yaxşılaşdırılması, təhsil, səhiyyə və mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahələrində görülən işlərdən, habelə qarşıda duran vəzifələrdən ətraflı danışılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video