22 Oktyabr 2018 12:14
1079
CƏMİYYƏT
A- A+

Kəkələmə danışıq pozulması ilə müşahidə olunan nitq qüsurudur


Xəstəliklərin beynəlxalq təsnifatına əsasən, kəkələmə səslərin, hecaların və sözlərin uzadılması, həmçinin danışıqda tez-tez fasilə verilməsi ilə xarakterizə olunan nitq qüsurudur.

Loqopedik ədəbiyyatda kəkələmə belə təsvir olunur: "Nitqin ahəngdar ritminin pozulması danışıq aparatı əzələlərinin qıcolması ilə əlaqədardır”. Əksər hallarda kəkələmə loqofobiya-danışmaqdan qorxu xofu ilə bağlı olur.

AZƏRTACxəbər verir ki, 1988-ci ildən başlayaraq hər il oktyabrın 22-də dünyada Beynəlxalq Kəkələyənlər Günü qeyd edilir. Bu tarixin təsis edilməsi 1995-ci ildə yaradılmış Beynəlxalq Kəkələyənlər Assosiasiyasına məxsusdur. Assosiasiyanın məlumatlarına əsasən, dünya əhalisinin təxminən bir faizi kəkələmədən əziyyət çəkir. Araşdırmalara görə, bu problemə daha çox oğlanlar arasında rast gəlinir. Səbəbi tam bilinməsə də, nitq qüsuru hesab olunur və 2-6 yaşlarda daha aktiv hiss edilir.

Kəkələmənin yaranma səbəbləri müxtəlif olsa da, onu əsasən, hamilə vaxtı qadının travma alması ilə əlaqələndirirlər. Qorxu, şiddət və güclü həyəcan problemin yaranma səbəblərindən biri kimi göstərilir.

Cəmiyyətin kəkələyən adamlara yanlış münasibəti ümumilikdə insan həyatına və onun emosional vəziyyətinə ciddi təsir göstərir, bu da çox vaxt stressə və özünəqapanmaya səbəb olur. Kəkələyən uşaqlar əksər hallar rişxənd hədəfinə çevrilir.

Kəkələməni aradan qaldırmaq üçün müxtəlif terapiya və nəfəs məşqlərindən istifadə olunur. Valideynlər isə ilk növbədə uşaqların sərbəst ünsiyyətə girməsi və özünü ifadə etməsi üçün normal mühit yaratmalıdırlar.

Qeyd edək ki, kəkələmə kimi nitq qüsuru bir çoxlarının məşhurlaşmasına və gözəl danışıq tələb edən sahələrdə özünü ifadə etməsinə mane olmayıb. Onların arasında - kino rejissorlar, aktyorlar, siyasətçilər, şairlər, sərkərdələr, din xadimləri, televiziya aparıcıları və digər peşələrin nümayəndələri də var. Kəkələmədən antik dövrün məşhur natiqlərindən biri Demosfen, ingilis siyasi və dövlət xadimi, natiq və yazıçı Uinston Çerçil, məşhur kino aktrisası, müğənni və model Merilin Monro və ingilis fiziki, riyaziyyatçısı, astronomu, fəlsəfəçisi və kimyaçı alim İsaak Nyuton kimi məşhurlar da əziyyət çəkib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video