22 Oktyabr 2018 09:52
160
SİYASƏT
A- A+

Parisdə Azərbaycan kənd təsərrüfatı naziri fransalı həmkarı ilə görüşüb


Parisdə səfərdə olan kənd təsərrüfatı naziri İnam Kərimov fransalı həmkarı Didye Giyom ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Sial Paris beynəlxalq ərzaq sərgisi məkanında keçirilən görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
Nazir İnam Kərimov Fransanın ölkəmizin kənd təsərrüfatı, eləcə də digər sahələrdə əsas strateji tərəfdaşı olduğunu bildirib. İki ölkə arasında yüksək səviyyəli dostluq münasibətlərinin, səmərəli iqtisadi münasibətlərin bir çox sahələrdə ikitərəfli əməkdaşlıq üçün münbit şərait yaratdığını diqqətə çatdırıb.
Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində aqrar sektor yeni inkişaf mərhələsinə daxil olub. Ölkə rəhbəri tərəfindən aparılan düşünülmüş və düzgün siyasət sayəsində kənd təsərrüfatının sosial–iqtisadi göstəriciləri artıb, böyük uğurlar əldə edilib. Ötən il kənd təsərrüfatı ölkədə ÜDM-in 5.6 faizini təşkil edib.
Ərzaq təhlükəsiziliyi, əhalinin yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin olunması ölkəmizdə vacib prioritetlərdən biridir. Aqrar sahədə innovasiyalardan istifadə, kənd təsərrüfatı işçiləri ilə yaxınlıq və yaxşı idarəçilik bu sahədə aparılan islahatların başlıca prinsipləridir.
Azərbaycan kənd təsərrüfatı naziri fransalı həmkarına ticarət əlaqələri və aqrar sahədə əməkdaşlığın perspektivləri, ölkəmizdən Fransaya ixrac olunan kənd təsərrüfatı məhsulları haqqında ətraflı məlumat verib. Kənd təsərrüfatı sahəsində memorandum və baytarlıq sahəsində protokol imzalandığını xatırladıb, aqrar sektorda müvafiq tədqiqatların aparılması, təcrübə mübadiləsi, innovativ texnologiyalardan istifadənin əhəmiyyətinə toxunub.
Fransa kənd təsərrüfatı naziri Didye Giyom azərbaycanlı həmkarını fransız dilində təmiz danışdığına görə təbrik edərək, bunun gələcək əməkdaşlığa böyük töhfə verəcəyinə əminliyini bildirib. "Sizin fransız dilində belə səlis danışmağınız gələcək əməkdaşlıq üçün işimizi çox asanlaşdıracaq”-deyə D. Giyom vurğulayıb. O, aqrar sektorun inkişafının əhəmiyyətinə toxunub. Kənd təsərrüfatı sahəsində ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
Kənd təsərrüfat naziri İnam Kərimov fransalı həmkarını ölkəmizə səfərə dəvət edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video