20 Oktyabr 2018 10:40
605
Mədəniyyət
A- A+

Rəssamlarımızın əsərləri Luvr “Art Shopping” sərgisində


Oktyabrın 19-da Luvr muzeyinin Karusel salonunda 23-cü "Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi açılıb. Sərgidə 800 rəssam və qalereya iştirak edir.
AZƏRTAC xəbər verir ki, rəssamlarımız - Məryəm Ələkbərli, Əsmər Nərimanbəyova, Ziba Əliyeva, Kəmalə Məhərrəmova, Leyla Əliyeva, Aydan İsmayılova, Eldar Hacıyev və Mirayla Abdullayevanın əsərləri "Art Shopping” sərgisində nümayiş olunur.
İstedadlı gənc rəssam Məryəm Ələkbərlinin əsərlərinin Luvr muzeyinin Karusel sərgi salonunda sərgilənməsi artıq ənənəyə çevrilib. İstedadlı gənc rəssam Məryəm Ələkbərli həyat duyğularını rənglər dünyasına çevirərək yaratdığı tabloları ilə sənətsevərlərin qəlbini fəth edib. Ziyarətçilər onun tablolarını heyranlıqla seyr edir, gənc rəssamın rəng seçiminə heyran qalıblar. Daxili aləmini incəliklə ağ kətan üzərinə köçürən gənc rəssam duyğularını sənətsevərlərlə bölüşür. Məryəmin əsərləri mövzu çalarlığı və rəng seçimi ilə də diqqətini cəlb edir. Fransanın məşhur aktyoru, kolleksiyaçı Jerar Depardyönün Məryəm Ələkbərlinin rəsm əsərini şəxsi kolleksiyasına daxil etdikdən sonra gənc rəssamın əsərləri tanınmış kolleksionerlər tərəfindən maraqla izlənilir.
Azərbaycanlı rəssamların əsərləri mövzularına, milli motivlərinə və rəng seçiminə görə fərqlənir və ziyarətçiləri heyran edir.
Əsmər Nərimanbəyova və Ziba Əliyevanın stendlərində istedadlı gənc rəssamlarımızın əsərləri nümayiş olunur. "Art Shopping” sərgisində son illər azərbaycanlı rəssamların uğurla iştirakı ənənəyə çevrilib. Onların əsərləri sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanır.
"Art Shopping” beynəlxalq incəsənət sərgisi oktyabrın 21-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video