20 Oktyabr 2018 03:09
254
CƏMİYYƏT
A- A+

“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib


Qurucusu ulu öndər Heydər Əliyev olan Dövlət Sərhəd Xidməti (DSX) ötən dövrdə sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir hərbi quruma çevrilib. Bu inkişafın təməlində ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə həyata keçirilməsi, Azərbaycan Sərhəd Mühafizəsinə göstərilən ali dövlət qayğısı dayanır.

Prezident İlham Əliyevin 2007-ci il 12 iyul tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması və 2010-cu il avqustun 10-da onun yeni binalar kompleksinin xidməti istifadəyə verilməsi, 2011-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılması ilə DSX-də kadrların hazırlanması üzrə mükəmməl tədris sistemi formalaşdırılıb.

Sərhədçi kursantların, o cümlədən Dövlət Sərhəd Xidmətinin bütün hərbi qulluqçularının hərbi vətənpərvərlik tərbiyəsinin əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin və ulu öndərin banisi olduğu milli dövlətçiliyimizin təşəkkül tarixinin öyrənilməsi təşkil edir. Dövlət Sərhəd Xidmətinin "Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzi”nin dəstəyi və təşkilatçılığı sayəsində bütün hərbi hissələrdə, xüsusilə də DSX Akademiyasında və Xüsusi Məktəbində ulu öndərin həyat salnaməsinin, təhlükəsizlik orqanlarında xidmət illərinin və siyasi fəaliyyətinin, sərhəd təhlükəsizliyi konsepsiyasının banisi kimi Azərbaycan sərhəd mühafizəsi tarixindəki müstəsna xidmətlərinin tədqiq edilməsinə, gənc nəslin Heydər Əliyev ideyalarına sadiqlik ruhunda tərbiyəsinə ciddi önəm verilir.

Oktyabrın 18-də 47 ali təhsil müəssisəsinin bakalavr və magistr səviyyələri üzrə əyani təhsil alan tələbələrindən ibarət komandalarının iştirak etdiyi, Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışında Dövlət Sərhəd Xidmətinin Akademiyasının komandası birinciliyi qoruyaraq, 2017-ci ildə olduğu kimi, qalib adını qazanıb.

Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin mühüm göstəricisi olan bu qələbə xəbəri Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanıb.

Oktyabrın 19-da Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev bilik yarışının qaliblərini və onları hazırlamış müəllim heyətini qəbul edib.

General-polkovnik Elçin Quliyev kursantları və onların müəllimlərini qələbə münasibətilə səmimi təbrik edərək Azərbaycan Sərhəd Mühafizəsinin təşəkkülündə və formalaşmasında dahi öndər Heydər Əliyevin müstəsna rolunu xüsusi olaraq vurğulayıb. DSX rəisi Azərbaycan Respublikasına rəhbərlik etməsinin 15 illiyini təntənəli surətdə qeyd etdiyimiz Prezident İlham Əliyevin ölkəmizi regionun lider dövlətinə və beynəlxalq münasibətlər sisteminin etibarlı tərəfdaşına çevirməsini, Azərbaycan xalqının gələcəyinə ünvanlanmış milli dövlətçilik strategiyasını uğurla gerçəkləşdirməsini, dövlət quruculuğunun və ictimai həyatın bütün sahələrində olduğu kimi, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkilində də əsaslı islahatların aparılmasını və önəmli nəticələrin əldə edilməsini bildirib.

General-polkovnik Elçin Quliyev 2014-cü ildən keçirilən və Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışlarında Dövlət Sərhəd Xidməti Akademiyasının komandasının hər zaman ilk beşlikdə yer tutmasını, 2017-ci və 2018-ci illərdə isə ardıcıl olaraq qələbə qazanmasını Azərbaycan sərhədçilərinin Heydər Əliyev ideyalarına və milli dövlətçiliyə sadiqliyinin mühüm göstəricisi, gənc sərhədçi nəslinin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində qazanılmış ciddi uğur kimi qiymətləndirib.

"Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışında yüksək bilik və əzmkarlıq nümayiş etdirərək ən yüksək nəticə göstərmiş kursantlar və müəllimlər dövlət təltifləri və fəxri fərmanlar ilə mükafatlandırılıblar.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video