20 Oktyabr 2018 03:08
829
PARLAMENT
A- A+

Azərbaycan və Latviya bələdiyyələri arasındakı əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutur


Oktyabrın 19-da Latviya Bələdiyyələr İttifaqının nümayəndə heyəti Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Arif Rəhimzadə Azərbaycanla Latviya arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, digər sahələrdə də əməkdaşlığın getdikcə inkişaf etdiyini bildirib.

Komitə sədri ölkəmizin bələdiyyə sistemindəki yenilikləri, qanunvericilik bazası, əldə olunan nəticələr barədə qonaqlara məlumat verib. Diqqətə çatdırıb ki, ölkədə 1500-ə yaxın bələdiyyə var, lakin Azərbaycanın ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğuna görə bu ərazilərdə yerli özünüidarəetmə orqanlarının yaradılması mümkün deyil.

Komitənin üzvü Kamran Bayramov bildirib ki, bələdiyyələrimiz arasındakı əməkdaşlıq iki ölkənin münasibətlərinin inkişafında mühüm yer tutur. Deputat Latviyada fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verdiyini qeyd edib. Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs diqqətə çatdırıb ki, mövcud iqtisadi potensial hazırkı əməkdaşlıqdan qat-qat çoxdur. Bu baxımdan Latviya Azərbaycanla iqtisadi, regional əməkdaşlığın daha da inkişafını, o cümlədən qarşılıqlı ticarət dövriyyəsinin artırılmasını istəyir. Səfir yerli özünüidarəetmə sahəsində yaxşı əlaqələrin qurulduğunu vurğulayaraq bunun tərəflər üçün faydalı olduğunu deyib. O əlavə edib ki, nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində bir sıra şəhər və rayonlarda görüşlər keçirib, müxtəlif ideyalar ətrafında faydalı müzakirələr aparıb.

Latviya Bələdiyyələr İttifaqının sədri Gints Kaminskis beynəlxalq qurumlardakı birgə əməkdaşlığın səmərəsindən danışıb, yerli özünüidarəetmə sahəsində qarşılıqlı təcrübə mübadiləsi barədə fikirlərini bölüşüb.

Görüşdə Milli Məclisin deputatları Azər Badamov, Fəzail İbrahimli, Rüstəm Xəlilov, Malik Həsənov, Tahir Rzayev, Cavid Osmanov və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video