19 Oktyabr 2018 21:17
308
DÜNYA
A- A+

Amerikalı nazir büdcə vəsaitlərini israf etməkdə ifşa olundu


ABŞ-ın daxili işlər naziri Rayan Zinke büdcə vəsaitlərini şəxsi məqsədləri üçün sərf etmişdir. Bu barədə nəzarət xidmətinin hesabatında məlumat verilir.

Məmurun həyat yoldaşı və ailəsinin digər üzvləri vaxtaşırı hökumət maşınlarından istifadə etmişlər. Daxili İşlər Nazirliyinin İşlər İdarəsi pozuntular barədə xəbərdar olsa da, bu faktlara göz yummuşdur.

TASS agentliyinin xəbərinə görə, ötən ilin yayında nazir həyat yoldaşı ilə məzuniyyətə gedərkən özü ilə mühafizəçi də aparmışdır. Bu isə büdcəyə 25 min dollara başa gəlmişdir.

Yoxlama zamanı həmçinin məlum olmuşdur ki, nazirliyin əməkdaşlarından birinin qanunsuz olaraq işdən çıxarılması barədə informasiya həqiqətə uyğun deyil.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video