19 Oktyabr 2018 21:17
252
DÜNYA
A- A+

İnterpol 93 ölkədə narkoticarətə qarşı əməliyyatlar təşkil etdi


Beynəlxalq Cinayət Polisi Təşkilatının (İnterpol) 93 ölkədə təşkil etdiyi əməliyyatlar çərçivəsində 56 tondan çox narkotik maddə müsadirə olunmuş, 1300 nəfər saxlanmışdır.

İnterpolun bəyanatına görə, sentyabrın 17-dən oktyabrın 8-dək narkoticarətçilərinə qarşı "Lionfish” ümumdünya əməliyyatı keçirilmişdir. Əməliyyat zamanı 93 ölkədə 35 ton kokain, 5 ton heroin, 15 ton anaşa və xeyli sintetik narkotik maddə müsadirə olunmuşdur. 1300 nəfər saxlanmış, Niderlandda gizli şəkildə sintetik narkotiklər istehsal olunan ev aşkarlanmışdır.

Həmçinin əməliyyat zamanı Braziliyanın Santos limanından gəmi ilə Kot-d’İvuara göndərilməsi nəzərdə tutulan 1,2 ton kokain müsadirə edilmişdir.

Narkotik maddələrin ticarəti ilə mübarizə üzrə ilk "Lionfish” ümumdünya əməliyyatı Qazaxıstan, Kolumbiya, Rumıniya, Zimbabve və Sinqapurda beş mərkəzdən əlaqələndirilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video