19 Oktyabr 2018 18:28
238
CƏMİYYƏT
A- A+

Teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinə əməl edilib-edilməməsi məsələsi müzakirə olunub


Oktyabrın 19-da Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
Milli Televiziya və Radio Şurası Aparatından AZƏRTAC-a bildiriblər ki, iclasda teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinə teleradio yayımçıları tərəfindən əməl edilib-edilməməsi məsələsi müzakirə olunub.
İclasda, eyni zamanda, "Caspium Group” MMC-nin xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün lisenziya alınması barədə müraciətinə baxılıb. "Caspium Group” MMC ilə KREA İÇERİK HİZMETLERİ VE PRODÜKSİYON A.Ş. (DİGİTURK) arasında bağlanmış 2018-ci il 3 avqust tarixli Distribüterlik Müqaviləsinə əsasən, DİGİTÜRK-ə məxsus teleradio məhsullarının (DİGİPAKET) satış hüququnun Azərbaycan ərazisində "Caspium Group” MMC-yə məxsus olduğu müəyyən edilib və ona xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün müddətsiz lisenziya verilib.
Həmçinin "Roberts Cafe” MMC barəsində başlanılmış inzibati icraata dair işə baxılıb və ona xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün verilmiş lisenziyanın qüvvəsinə xitam verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video