19 Oktyabr 2018 18:11
228
İQTİSADİYYAT
A- A+

Qanunsuz tikintinin qarşısının alınması üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanır


Qanunsuz tikintinin qarşısının alınması üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanır.
Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev qanunsuz tikililərə son qoyulması ilə bağlı tapşırıqlar verib və bildirmişdi ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. "Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq Sərəncam imzalanıb. Yəni, bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək”, - deyə Prezident bildirmişdi.

Bu tapşırığın icrası ilə bağlı AZƏRTAC-ın sorğusunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyev cavablandıraraq xatırladıb ki, Azərbaycan Respublikası Prezidentinin "Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə olunub. Azərbaycan Respublikası Prezidentinin "Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına əsasən tikinti məqsədləri üçün torpaq sahələri yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən ayrılarkən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müvafiq rəy verəcək, habelə tikintiyə icazə icraatı çərçivəsində tikiləcək obyektlərin şəhərsalma sənədlərinə uyğunluğunu yoxlayacaq.

Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Bakı və digər şəhərlərin ərazisində ərazi planlaşdırılması sənədlərinin əvəzedicisi olan şəhərsalma əsaslandırılması Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunacaq: "Göründüyü kimi, qanunvericilikdə aparılmış təkmilləşdirilmə ilə bağlı komitə tərəfindən hazırda məqsədyönlü tədbirlər həyata keçirilir, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən yerli icra hakimiyyətlərinin bu sahədə fəaliyyəti araşdırılır, tələb olunduğu hallarda icrası məcburi olan "Göstəriş”lər verilir”.

Komitə rəsmisi vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarının icra edilməsi məqsədilə qanunsuz tikintilərin sökülməsi səlahiyyəti olan Fövqəladə Hallar Nazirliyi, cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu ilə də sıx əməkdaşlıq qurulub.
A.Quliyev, həmçinin nəzarət tədbirlərinin gücləndirilməsi və qanunsuz tikintinin qarşısının alınması üçün komitə tərəfindən yeni qanunvericilik təşəbbüslərinin hazırlandığını diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video