19 Oktyabr 2018 15:19
329
İQTİSADİYYAT
A- A+

“İnternet istifadəçiləri” göstəricisinə görə Azərbaycan digər MDB ölkələri ilə müqayisədə liderdir


Dünya İqtisadi Forumu 2018-ci il üzrə "Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı”nı ("The Global Competiviness Report 2018”) dərc edib. Bu hesabat yeni metodologiya (yeni nəsil "4.0”) əsasında hazırlanıb. Belə ki, yeni hesabatda əvvəlki hesabatın 114 göstəricisindən 84-ü çıxarılıb və 68 yeni göstərici əlavə edilib. Ümumilikdə, sözügedən hesabatda 98 göstərici üzrə qiymətləndirmə aparılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni hesabata əsasən, "Qlobal Rəqabətqabiliyyətlilik İndeksi”ndə Azərbaycan dünyanın 140 ölkəsi arasında 69-cu yerdədir. Bu indeks üzrə ABŞ 1-ci yeri, Sinqapur 2-ci yeri, Almaniya isə 3-cü yeri tutub. İsveçrə, Yaponiya, Hollandiya, Honkonq, Böyük Britaniya, İsveç və Danimarka kimi ölkələr isə ilk onluqda qərarlaşıb.

Azərbaycan sözügedən hesabatın "Əlverişli mühit” (Enabling Environment) bölməsinin "İnstitutlar” (İnstitutions) göstəricisi üzrə 58-ci, İnfrastruktur (İnfrastructure) göstəricisi üzrə 46-cı, İKT-nin istifadə səviyyəsi (ICT adoption) göstəricisi üzrə 69-cu yerdədir.

Bundan başqa, ölkəmiz İKT-dən istifadə səviyyəsi (ICT adoption) göstəricisinin hər 100 nəfərə düşən mobil abunəçiləri alt göstəricisi üzrə 97-ci yeri, hər 100 nəfərə düşən mobil genişzolaqlı abunəçiləri göstəricisi üzrə 88-ci yeri, hər 100 nəfərə düşən sabit genişzolaqlı internet abunəçiləri göstəricisi üzrə 53-cü yeri, hər 100 nəfərə düşən fiber-optik internet istifadəçiləri göstəricisi üzrə 55-ci yeri, İnternet istifadəçiləri göstəriciləri üzrə 36-cı yeri tutub. "İnternet istifadəçiləri” göstəricisinə görə ölkəmiz digər MDB ölkələri ilə müqayisədə liderdir.

Azərbaycan hesabatın "İnnovativ Ekosistem” (İnnovation Ecosystem) bölməsinin "Biznesin dinamikliyi” göstəricisi üzrə dünyanın 140 ölkəsi arasında 31-ci yerdə (biznesə başlamaq üçün tələb olunan günlərin sayı alt-göstəricisi üzrə 17-ci, sahibkarlıq riskləri alt-göstəricisi üzrə 21-ci və ideyaların şirkətə təsiri alt-göstəricisi üzrə 25-ci yerdə), "İnnovasiya potensialı” göstəricisi üzrə isə 71-ci yerdə qərarlaşıb.

"İnfrastruktur” göstəricisinin "Hava nəqliyyatında xidmətlərinin effektivliyi” (Efficiency of air transport services) alt-göstəricisi üzrə ölkəmiz 12-ci, "Qatar xidmətlərinin keyfiyyəti” (Efficiency of train services) üzrə 17-ci, "Dəmir yollarının sıxlığı” alt-göstəricisi üzrə 32-ci, "Yolların keyfiyyəti” (Quality of roads) üzrə 34-cü yeri tutub.

Qeyd edək ki, Azərbaycan "İnfrastruktur” və "Biznesin dinamikliyi” alt-göstəricilərinə görə digər MDB ölkələri ilə müqayisədə irəli mövqelərdə qərarlaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video