Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:17 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
15:13 19.10.2018

Oktyabrın 19-da Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Arif Rəhimzadə iclasın gündəliyini təqdim edib.
Komitə sədri "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. Bildirib ki, bu ilin fevralında "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qəbul edilib. Həmin sənədə əsasən bələdiyyələr bundan sonra daşınmaz əmlakı əldə etmək üçün bilavasitə reyestrə müraciət edə bilərlər. Bu, vacib bir layihədir. Ona görə ki, daşınmaz əmlakdan vergi tutulması bələdiyyələr üçün vacib gəlir mənbələrindən biri olmalıdır. Amma əfsuslar olsun ki, indiyədək olmayıb. Çünki bələdiyyələrin əhalinin ixtiyarında olan daşınmaz əmlakın sahəsi barədə məlumatı yox idi. Mövcud qanunda nəzərdə tutulur ki, bələdiyyələr yazılı surətdə, ya da elektron qaydada müraciət edə bilərdilər və müraciətə görə onlara tam məlumat verilməli idi. Hazırda həmin qanunun 8.0.1-ci və 8.0.2-ci maddələrində nəzərdə tutulmuş vergilərin yığılması üçün bələdiyyələr ərazilərində yerləşən vergitutma obyektlərinin müəyyən edilməsi məqsədilə daşınmaz əmlakın dövlət reyestrindən qanunla müəyyənləşdirilmiş qaydada məlumat ala bilərlər.
"Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi "Daşınmaz əmlakın dövlət reyestri haqqında” 2018-ci il 13 fevral tarixli Qanunun tətbiqi ilə əlaqədar hazırlanıb.
Sonra "Bələdiyyələrin statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda nəzərdən keçirilib. Qeyd olunub ki, qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilir. Həmin qaydaların tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Bildirilib ki, "Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində qəbiristanlıqların salınması və idarə olunması məsələlərində bələdiyyələrin üzərinə düşən vəzifələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilmədiyi hallarda məsuliyyət məsələsini təmin etmək məqsədilə 4-cü maddəyə yuxarıda göstərilən dəyişikliyin edilməsi təklif olunur.
Bundan əlavə, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə üçüncü oxunuşda baxılıb. Bildirilib ki, bələdiyyələrin ərazisində qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması və bələdiyyələrin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məqsədilə yerli büdcədə zəruri xərclər nəzərdə tutulur və təyinatı üzrə sərf edilir.
Diqqətə çatdırılıb ki, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi "Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 29 dekabr tarixli Qanuna uyğun olaraq hazırlanıb və yerli (bələdiyyə) büdcədə qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması məqsədilə zəruri xərclərin nəzərdə tutulmasını təsbit edir.
Hər üç qanun layihəsi müzakirələrdən sonra plenar iclasa tövsiyə edilib.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM