19 Oktyabr 2018 02:57
830
Qanunlar
A- A+

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586, № 12, maddə 835; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 237, 240, 244, № 8, maddə 463; 2004, № 6, maddə 399; 2005, № 4, maddə 278; 2006, № 11, maddə 929; 2007, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddələr 1197, 1218; 2008, № 6, maddə 462, № 7, maddələr 602, 607; 2010, № 3, maddə 171, № 4, maddə 275, № 7, maddə 591; 2011, № 2, maddələr 70, 71, № 6, maddə 473, № 7, maddə 600, № 12, maddə 1107; 2012, № 5, maddə 406, № 11, maddələr 1056, 1063; 2013, № 8, maddə 889; 2015, № 10, maddə 1107, № 11, maddə 1271; 2016, № 6, maddələr 981, 1000; 2017, № 6, maddə 1058, № 12 (I kitab), maddə 2268; 2018, № 5, maddə 881, № 7 (I kitab), maddə 1422) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci və 2.2-ci maddələrə "çəkilməsi” sözündən sonra

", habelə cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqi” sözləri əlavə edilsin.

2. 6-cı maddədən "məhkumlara” sözü və "məhkəmənin bu hökmü dəyişən” sözləri çıxarılsın.

3. 7-ci maddəyə birinci halda "məhkumların” sözündən sonra "və barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilən hüquqi şəxslərin” sözləri əlavə edilsin.

4. III fəslin və 15-ci maddənin adına "Cəzanı” sözündən sonra "və cinayət-hüquqi xarakterli digər tədbirləri” sözləri əlavə edilsin.

5. 15.1-ci maddədə "və əmlak müsadirəsi növündə cəzalar” sözləri "növündə cəza və xüsusi müsadirə növündə cinayət-hüquqi tədbiri” sözləri ilə əvəz edilsin.

6. Aşağıdakı məzmunda 15.1-1-ci və 15.1-2-ci maddələr əlavə edilsin:

"15.1-1. Hüquqi şəxslərə tətbiq edilən cərimə və xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirlər hüquqi şəxsin olduğu yerin icra məmuru tərəfindən icra edilir.

15.1-2. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrumetmə və hüquqi şəxsi ləğvetmə növündə cinayət-hüquqi tədbirlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.”.

7. XVIII fəslin adından ", əmlak müsadirəsi” sözləri çıxarılsın.

8. 160-165-ci maddələr ləğv edilsin.

9. Aşağıdakı məzmunda VIII bölmə əlavə edilsin:

"VIII bölmə

Cinayət-hüquqi tədbirlərin icrası

XXII fəsil

Xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin icrası

Maddə 183. Xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin icrası qaydası

183.1. Xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi barədə yekun qərar çıxarmış məhkəmə həmin qərar qanuni qüvvəyə mindikdən sonra onun surətini, qərarın icrası barədə göstərişi və əmlakın siyahısının surətini icra məmuruna göndərir və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir.

183.2. Məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir.

Maddə 184. Xüsusi müsadirə cinayət-hüquqi tədbirinin icrası zamanı icra məmurunun vəzifələri

184.1. İcra məmuru məhkəmənin yekun qərarının surətini, qərarın icrası barədə göstərişi aldıqdan sonra dərhal əmlak siyahısında göstərilən əmlakın mövcudluğunu yoxlayır.

184.2. Müsadirə edilən əmlak plomblanır və ya möhürlənir və bu barədə tərtib edilmiş müvafiq siyahıda qeydlər edilir.

184.3. Müsadirə edilən əmlakın saxlanılması üçün icra məmuru tərəfindən tədbirlər həyata keçirilməlidir.

Maddə 185. Xüsusi müsadirə edilməli əmlakla əlaqədar digər şəxslərin vəzifələri

185.1. Xüsusi müsadirə edilməli əmlak hüquqi və ya fiziki şəxslərdə, yaxud dövlət qurumunda olarsa, onlar bu barədə məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanına xəbər verməlidirlər.

185.2. Hüquqi və fiziki şəxslər, həmçinin dövlət qurumları onlara saxlanılmaq üçün verilən müsadirə edilən əmlakın qorunub-saxlanılmasını təmin etməlidirlər.

185.3. Müsadirə edilən əmlakın gizlədilməsinə, israf edilməsinə, özgəninkiləşdirilməsinə və ya dəyişdirilməsinə görə təqsirli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 186. Xüsusi müsadirə edilmiş əmlakın müvafiq icra hakimiyyəti orqanına verilməsi

186.1. Barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilən şəxsin müsadirə edilmiş əmlakı, bu əmlak barəsində irəli sürülən bütün tələblər qanunla müəyyən edilmiş qaydada təmin edildikdən sonra müvafiq icra hakimiyyəti orqanına verilir.

186.2. Xüsusi müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 187. Məhkəmənin yekun qərarının icrasından sonra aşkar edilmiş əmlakın müsadirəsi

Xüsusi müsadirə cinayət-hüquqi tədbiri icra edildikdən sonra barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilən şəxsin xüsusi müsadirə olunmalı olan digər əmlakı aşkar edildiyi hallarda, icra məmuru yekun qərar çıxarmış məhkəməyə və ya yekun qərarın icra edildiyi yerin məhkəməsinə həmin əmlakın müsadirə edilməsi barədə təqdimat verir.

XXIII fəsil

Hüquqi şəxslər barəsində tətbiq edilən cinayət-hüquqi tədbirlərin icrasının xüsusiyyətləri

Maddə 188. Cərimə və xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirin icrası qaydası

188.1. Hüquqi şəxslər barəsində tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbir Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-2-ci fəslinin xüsusiyyətləri nəzərə alınmaqla, bu məcəllənin IV fəslinə uyğun olaraq icra edilir.

188.2. Hüquqi şəxslər barəsində tətbiq edilən xüsusi müsadirə növündə cinayət-hüquqi tədbir Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-2-ci fəslinin xüsusiyyətləri nəzərə alınmaqla, bu məcəllənin XXII fəslinə uyğun olaraq icra edilir.

Maddə 189. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin icrası qaydası

189.1. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının surəti icra edilməsi üçün dərhal hüquqi şəxsin olduğu yerin icra məmuruna göndərilir.

189.2. Hüquqi şəxs müəyyən fəaliyyət növünü lisenziya və ya icazə əsasında həyata keçirdikdə, icra məmuru məhkəmə qərarının surətini 3 (üç) gün müddətində lisenziya (icazə) verən orqana göndərir. Həmin orqan qərarın surətini aldığı gündən 3 (üç) gün müddətində lisenziyanı (icazəni) ləğv edir və bu barədə icra məmuruna məlumat verir.

189.3. Hüquqi şəxs müəyyən fəaliyyət növünü lisenziya və ya icazə əsasında həyata keçirmədikdə, icra məmuru 3 (üç) gün müddətində məhkəmə qərarının surətini hüquqi şəxslərin dövlət reyestrinə müvafiq fəaliyyət növü ilə məşğul olma hüququndan məhrum etmə barədə qeydin 10 (on) gün ərzində daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq dəyişiklik dövlət qeydiyyatına alındıqdan sonra 2 (iki) gün müddətində icra məmuruna məlumat verilir.

Maddə 190. Hüquqi şəxsi ləğv etmə növündə cinayət-hüquqi tədbirinin icrası qaydası

190.1. Hüquqi şəxsi ləğv etmə haqqında məhkəmənin yekun qərarı ilə ləğv etmə komissiyasına (təsviyəçiyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunur. Həmin qərar qanuni qüvvəyə mindikdən dərhal sonra onun surəti icra edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına, habelə cinayət-hüquqi tədbirin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir.

190.2. Hüquqi şəxsin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq həyata keçirilir.

190.3. Hüquqi şəxsin ləğvi başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanı 3 (üç) gün müddətində bu barədə yekun qərarı çıxarmış məhkəməyə və cinayət-hüquqi tədbirin icrasına nəzarəti həyata keçirən icra məmuruna məlumat verir.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 oktyabr 2018-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video