18 Oktyabr 2018 20:35
270
SİYASƏT
A- A+

Rusiyalı tarixçi: Ermənistanda faşizmin qəhrəmanlıq kimi təqdim edilməsi aktuallığını itirmir


Ermənistanın milli qəhrəmanı Qaregin Njde dövləti cinayətkardır. Q.Njde hitlerçilərlə təkcə SSRİ-yə qarşı deyil, hazırda hitlerçilərin abidələrinin qoyulmasına icazə vermiş bir sıra Avropa ölkələri əleyhinə də əməkdaşlıq edib. Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qeyri-legitimdir və beynəlxalq hüquq prinsiplərini pozur. Rusiyanın dövlət arxivlərində saxlanılan sənədlərdən məlum olur ki, Bolqarıstan təbəəsi olan Q.Njde 1940-cı ildən Üçüncü Reyxin hərbi kəşfiyyat orqanları ilə əməkdaşlıq edib. Əminliklə deyə bilərik ki, o, 1944-cü ildən Bolqarıstanda və ona bitişik ərazilərdə - Makedoniyada, Frakiyanın Türkiyə və Yunanıstan ərazilərində siyasi vəziyyət barədə informasiyanın yeganə mənbəyi olub. Yəni Bolqarıstan vətəndaşı ola-ola, bu ölkəyə qarşı casusluq edib. Casusluq ən iyrənc dövləti cinayətdir və hərbi dövrün qanunları ilə sərt şəkildə cəzalandırılır. Q.Njde Sovet İttifaqında həbs olunub və 25 il təkadamlıq kamerada həbs cəzasına məhkum edilib. Bu onu göstərir ki, Q.Njde faşizm ideyası tərəfdarı kimi təqib olunub. Q.Njde bütün bəşəriyyətin düşmənidir.

AZƏRTAC xəbər verir ki, bunu rusiyalı tarixçi və hüquqşünas, professor Oleq Kuznetsov oktyabrın 18-də Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində "Ermənistan: İcazə verilmiş nasizm ölkəsi” mövzusuna həsr olunmuş mətbuat konfransında bəyan edib.

O.Kuznetsov deyib: "Ermənistanın milli qəhrəmanı Qaregin Njde dövləti cinayətkardır. Gəldiyimiz əsas qənaət budur ki, erməni millətçiləri hitlerçilərlə təkcə Sovet İttifaqına qarşı deyil, Avropanın digər ölkələrinə qarşı da əməkdaşlıq ediblər. Bolqarıstanın qəhrəmanı kimi təqdim edilən Q.Njdenin abidəsi qeyri-legitimdir, qeyri-qanunidir və müasir beynəlxalq hüququn bütün prinsiplərini pozur”.

Rusiyalı politoloq, jurnalist Yevgeni Mixaylov qeyd edib ki, faşizmin qəhrəmanlıq kimi təqdim edilməsi problemi bu gün təkcə Ermənistanda aktual deyildir, MDB-nin digər ölkələrində, o cümlədən Rusiyada da belə cəhdlər baş verir.

Politoloq deyib: "Zənnimcə, Ermənistan Q.Njdeyə abidə qoymaqla, nasistləri qəhrəman kimi qələmə verməklə, terrorçuları Dağlıq Qarabağda toplamaqla dünyaya göstərir ki, diplomatiya ilə məşğul olmaqdansa, başqalarının torpaqlarını silah gücünə zəbt etmək lazımdır. Odur ki, öz iddialarını Ermənistana açıq bildirmək lazımdır. Yerevanda hakimiyyətə gələn siyasətçilər açıq-aydın nasizmin təbliğini dəstəkləyirlər. Ermənistanın rəhbərləri həmişə öz xalqına xəyanət ediblər. Erməni xalqı bunu başa düşməlidir. Ermənilər çəkic götürüb bu abidəni sındırmalı və belə addımlara görə dünya birliyi qarşısında üzr istəməlidirlər”.

Onun sözlərinə görə, milli üstünlük oyunları oynamaq yolverilməzdir.

Y.Mixaylov vurğulayıb: "Nasist Almaniyası tam iflasa uğrayaraq ömrünü başa vurdu. Əgər vəziyyət dəyişməsə, Ermənistan da öz yolunu bu şəkildə bitirə bilər”.

Mətbuat konfransı çərçivəsində rusiyalı jurnalist Yevgeni Mixaylovun "Tarixi müttəfiqlərin qəribə oyunları” filmi nümayiş etdirilib. Film Ermənistan-Rusiya münasibətlərinin Rusiya tərəfində getdikcə daha çox sual doğuran indiki vəziyyətinə həsr olunub. Filmdə rəsmi Moskvanın Qərb, ilk növbədə ABŞ tərəfindən daha böyük təzyiqlərlə üzləşəcəyi təqdirdə, Ermənistanın, habelə Rusiyanın erməni diasporunun özünü necə aparacağı barədə sual qaldırılır. Bundan əlavə, Yerevanın Azərbaycanın və Türkiyənin Rusiyanın düşmənləri olmasına Moskvanı inandırmaq cəhdlərindən də danışılır. Filmin müəllifinin fikrincə, Q.Njdenin qəhrəman kimi qələmə verilməsi dünyada faşizmin təbliğinə qarşı mübarizə aparan Rusiyanın ünvanına siyasi təhqirdir. Rusiya telekanalları və KİV-ləri dəfələrlə qeyd ediblər ki, Ermənistanda hakimiyyətdə nasist simvolikası və ideologiyası elementlərindən istifadə edən millətçilər oturublar.

Sonda Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı Azad Rzayev tarixi hadisələrin obyektiv təhlilinə görə rusiyalı tarixçiyə və jurnalistə təşəkkür edib. O. Kuznetsov bildirib ki, bu mövzuya dair növbəti monoqrafiya hazırlamağı planlaşdırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video