18 Oktyabr 2018 16:58
252
DÜNYA
A- A+

Haiti Prezidentinin həyatına qəsd


Haiti Prezidenti Jovenel Moiz sui-qəsdə məruz qalmışdır. Hadisə Pon-Ruj şəhərində dövlətin banisi Jan-Jak Dessalinin ölümünün 212-ci ildönümünə həsr olunmuş mərasim zamanı baş vermişdir.

"Haiti Libre” saytının xəbərinə görə, Prezident milli qəhrəman və birinci hökmdar, imperator I Jakın məzarına gül qoyarkən bir qrup naməlum şəxs ona atəş açmışdır. Cangüdənlər dərhal Moizi təhlükəsiz yerə apara bilmişlər. Hökumət üzvlərinə həmçinin bir neçə daş atılmışdır.

Dövlət başçısının ciddi xəsarət almadığı bildirilir. Təhlükəsizlik xidmətinin iki əməkdaşı yaralanmışdır. Hücum edənlər hadisə yerindən qaça bilmişlər. Hazırda onlar axtarılır.

Qeyd olunur ki, bu hücum ölkədə kütləvi etiraz aksiyaları fonunda törədilmişdir. Etirazçılar dövlət vəsaitlərini israf etmiş məmurların məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video