18 Oktyabr 2018 16:05
289
SİYASƏT
A- A+

Türkiyənin Samsun şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə konfrans keçirilib


Türkiyənin Samsun şəhərində yerləşən On Doqquz May Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
Sonra Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, On Doqquz May Universitetinin rektoru Sait Bilgiç çıxış ediblər.
Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, keçdiyi şərəfli yol, süqutunun səbəbləri, o cümlədən XX əsrin sonunda dövlət müstəqilliyinin bərpası və Türkiyə ilə yaranan yeni əlaqələrin inkişaf dinamikası barədə danışılıb. Azərbaycan ilə Türkiyə arasındakı tarixi qardaşlıq münasibətlərinin müasir dövrdəki vəziyyəti, o cümlədən birgə həyata keçirilən iqtisadi layihələr, qarşılıqlı sərmayə yatırma siyasəti yüksək dəyərləndirilib.

Xəzər İbrahim Samsun şəhərinin rəsmi şəxsləri ilə görüşlər keçirib. Görüşlərdə vurğulanıb ki, Sumqayıt və Samsunun qardaşlaşması iki şəhər arasında bütün sahələr üzrə əlaqələrin daha da genişlənməsi üçün böyük imkanlar yaradır. Səfir Sumqayıt şəhərinin sənaye imkanları, o cümlədən son illər istifadəyə verilən yeni zavod və fabriklər barədə geniş məlumat verib.
Konfransda və görüşlərdə səfirliyin təhsil üzrə müşaviri Nəcibə Nəsibova da iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video