18 Oktyabr 2018 16:01
945
PARLAMENT
A- A+

Milli Məclisin mədəniyyət komitəsinin iclasında bir sıra qanun layihələrinə baxılıb


Oktyabrın 18-də Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Rafael Hüseynov iclası açaraq oktyabrın 18-nin Azərbaycan tarixində son dərəcə əlamətdar bir gün olduğunu deyib. O, Azərbaycanın müstəqillik tarixindən ətraflı bəhs edib. "Bir millətin, ölkənin tarixində müstəqillikdən böyük və qiymətli nemət təsəvvür etmək mümkün deyil”, - deyən Rafael Hüseynov vurğulayıb ki, 27 illik dövlət müstəqilliyimizin 25 ili məhz ulu öndər Heydər Əliyevin və bu gün onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Sonra komitə sədri gündəliyə daxil olan məsələləri təqdim edib.
İclasda "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", üçüncü oxunuşda "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Teatr və teatr fəaliyyəti haqqında" qanun layihələri müzakirə olunub.

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunda nəzərdə tutulan dəyişikliyə görə televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanması qadağan edilir.

"Televiziya və radio yayımı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən sənədə "tütün məmulatlarını və tütün istifadəsi prosesini təbliğat məqsədilə nümayiş etdirməmək, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirildiyi əsərləri, tamaşaları, proqramları efirdə, kabel yayımı vasitəsilə açıq yayımlamamaq" məzmunlu 40.2.2-1-ci maddə əlavə edilir.
"İctimai televiziya və radio yayımı haqqında" Qanuna da eyni məqsədlə yeni maddə əlavə olunacaq.
"Teatr və teatr fəaliyyəti haqqında" Qanunda edilən dəyişikliyə görə sənədə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinə uyğun olaraq, teatr tamaşalarında tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirilməsi qadağandır" məzmunlu 11.4-cü maddə əlavə ediləcək.

Qeyd olunub ki, hər üç qanunda nəzərdə tutulan dəyişikliklər "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanuna uyğunlaşdırılma məqsədi daşıyır.
Komitə üzvləri təqdim olunan dəyişiklikləri dəstəkləyib və qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video