18 Oktyabr 2018 00:33
401
İQTİSADİYYAT
A- A+

“Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan MDB dövlətləri arasında birinci yeri tutur


Dünya İqtisadi Forumunun açıqladığı GCI-2018 üzrə ölkələrin rəqabətqabiliyyətlilik reytinqinə uyğun olaraq, Azərbaycan 69-cu yeri tutub. Reytinqin hesablamaları əvvəllər tətbiq olunan metodikadan xeyli dərəcədə fərqlənən yeni metodika əsasında aparılıb.

Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, reytinq 12 mövqe üzrə tərtib edilir və əqli mülkiyyət mövqeyi nəzərindən birinci mövqe - "Təsisatlar” vacib əhəmiyyətə malikdir. "Təsisatlar” mövqeyində "Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan 4.8 bal yığaraq 36-cı yerdə qərarlaşıb (ötən il 37-ci yeri tutmuşdu). "Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan MDB dövlətləri arasında birinci yer tutur və müvafiq olaraq Ermənistandan 30, Gürcüstandan isə 54 pillə irəlidədir və Cənubi Qafqaz ölkələri arasında şəksiz liderdir. Müqayisə üçün qeyd edək ki, Rusiya Federasiyası 85-ci, Ukrayna isə 114-cü yerdədir.

"İnnovasiya” mövqeyi müəyyən dərəcədə əqli mülkiyyətlə əlaqəlidir. Azərbaycan "İnnovasiya” mövqeyi üzrə müvafiq olaraq 85-ci yerdə olan Gürcüstanı və 87-ci yerdə olan Qazaxıstanı qabaqlayaraq 71-ci yeri tutur. Bu mövqe üzrə Rusiya Federasiyası (36-cı yer) və Ukrayna (58-ci yer) liderlik edir.

"Patent ərizələri” və "Əmtəə nişanlarına ərizələr” göstəricilərinə görə Azərbaycan müvafiq olaraq 87-ci və 101-ci yeri tutur. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarına əsasən, yeni yaradılmış Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində hazırda bu istiqamətdə, həm də elmi nəşrlərin H-indeksi istiqamətində işlər görülür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video