17 Oktyabr 2018 23:23
257
SİYASƏT
A- A+

Azərbaycan nümayəndə heyəti Parlamentlərarası İttifaqın 139-cu Baş Assambleyasında iştirak edir


İsveçrənin Cenevrə şəhərində dünyanın ən böyük parlament qurumu olan Parlamentlərarası İttifaqın 139-cu Baş Assambleyası keçirilir.

AZƏRTAC xəbər verir ki, dünyanın bir çox ölkəsindən 1300-dən artıq deputatın və parlament nümayəndələrinin iştirak etdiyi tədbirdə "Texnoloji dəyişiklik və innovasiya dövründə sülh və inkişafın təşviqində parlamentlərin rolu” mövzusu ətrafında fikir mübadiləsi aparılır. Həmçinin Assambleyanın müxtəlif komitələrində sülh və beynəlxalq təhlükəsizlik, insan hüquqları, miqrasiya, dayanaqlı inkişaf məqsədləri kimi mövzulara aid məsələlər müzakirə olunur.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Ümumi müzakirələrlə yanaşı, Azərbaycanın nümayəndə heyəti Assambleya çərçivəsində təşkil edilən Gənc Parlamentarilər Forumunda da iştirak edib.

Assambleya çərçivəsində nümayəndə heyətinin rəhbəri Valeh Ələsgərov Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqla görüşüb. Görüşdə təşkilatla Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Bundan əlavə bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə də görüşlər keçirilib.

Əsası 1889-cu ildə qoyulmuş Parlamentlərarası İttifaq müstəqil dövlətlərin parlamentlərinin ümumdünya təşkilatıdır. Qərargahı Cenevrə şəhərində yerləşir. Azərbaycan Respublikası Parlamentlərarası İttifaqa təşkilatın 1993-cü il aprel ayının 12-17-də Dehlidə keçirilmiş 89-cu Assambleyasında üzv qəbul olunub. Milli Məclisin 8 deputatından ibarət nümayəndə heyəti İttifaqda təmsil olunur.

Baş Assambleya öz işinə oktyabrın 18-də yekun vuracaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video