17 Oktyabr 2018 21:46
360
DÜNYA
A- A+

Kerç faciəsinin təfərrüatları: kollecdə nə baş verib?


Krımın şərqində yerləşən Kerç şəhərinin politexnik kollecinə hücum nəticəsində həlak olanların sayı 19 nəfərə çatıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisənin təfərrüatları açıqlanıb. Agentliyin məlumatına görə, oktyabrın 17-də günorta saatlarında kollecin şagirdlərindən biri binada partlayış törədib və ətrafdakılara atəş açıb. Hücum zamanı 19 nəfər ölüb, 40-dan çox insan yaralanıb. Hadisəni törətməkdə şübhəli bilinən şagird intihar edib. Onun cəsədi binanın ikinci mərtəbəsindəki kitabxanada aşkarlanıb.

Rusiya İstintaq Komitəsi əvvəlcə terror aktı maddəsi üzrə cinayət işi açıb. İlkin məlumata görə, təhsil müəssisəsinin yeməkxanasında içərisinə metal hissəciklər doldurulmuş partlayıcı qurğu işə düşüb. Komitədən bildirilib ki, kollecdə olanlar odlu silahdan açılan atəş nəticəsində aldıqları yaralardan ölüblər. Sonradan cinayət işi qətl haqqında maddəyə dəyişdirilib. Krımda faciə ilə bağlı üçgünlük matəm elan olunub.

Rusiya Prezidenti Vladimir Putin faciə nəticəsində həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib, müvafiq təşkilatlara zərərçəkənlərə lazımi kömək göstərməyi tapşırıb.

Kerçin bütün sosial obyektləri yüksək hazırlıq rejiminə keçirilib, şəhərin müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video