17 Oktyabr 2018 21:42
923
PARLAMENT
A- A+

Milli Məclisin əmək və sosial siyasət komitəsində ölkəmizdə DOST sisteminin qurulması ilə bağlı dinləmə keçirilib


Ölkəmizdə "Dayanıqlı və Operativ Sosial Təminat” (DOST) sisteminin qurulması və hüquqi bazasının möhkəmləndirilməsi ilə əlaqədar oktyabrın 17-də Milli Məclisin əmək və sosial siyasət komitəsində dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ölkəmizdə sosial sahədə aparılan islahatlardan və əldə olunan uğurlu nəticələrdən danışıb. Bildirib ki, bu sahənin inkişafı, əhalinin sosial durumunun daha da yaxşılaşması daim Azərbaycan Prezidentinin diqqət mərkəzindədir. Elə sosial sahədə "ASAN xidmət”in analoqu olan DOST xidmətinin yaradılması da dövlətimizin başçısının təşəbbüsüdür.

Sonra iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatı dinlənilib. DOST layihəsinin koordinatoru Fərid Məmmədov slaydlar vasitəsilə "Dayanıqlı və Operativ Sosial Təminat” sistemini şərh etdi. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırda 8 istiqamət üzrə xidmət göstərir. Layihədə mövcud çətinliklər 6 istiqamət üzrə nəzərdə tutulub. Problemlərin həlli üçün 3 əsas addım müəyyənləşdirilib. Layihə üzrə 124 xidmət müəyyən edilib və təhlil olunub. Beynəlxalq təcrübə öyrənilib. Nazirlikdə DOST layihəsinin icra qrupu yaradılıb, müxtəlif istiqamətlər üzrə həm özəl, həm də dövlət sektorundan mütəxəssislər cəlb olunublar.

Deputatlara DOST layihəsinin fəaliyyət strukturu, operativ modeli, konsepsiyası, proseslərin icra mexanizmi, yol xəritəsi, indiyədək görülmüş işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, DOST-un brend kitabı, elektron formada xidmət üzrə pasport nümunəsi və s. hazırlanıb. Yeni qurumun mərkəzləri 5 kateqoriyada olacaq. Bakıda 5, bölgələrdə 30 mərkəz fəaliyyət göstərəcək.

Fikir mübadiləsində rəy və təkliflər bildirilib. Komitənin sədr müavini Rauf Əliyev, deputatlar Elmira Axundova, Jalə Əliyeva, Yaqub Mahmudov, İlham Məmmədov, Araz Əlizadə layihəni yüksək qiymətləndiriblər. Vurğulanıb ki, ölkəmizdə belə bir qurumun yaradılması təqdirə layiqdir. Komitə üzvləri qeyd ediblər ki, DOST layihəsinin reallaşması üçün dəstəyə və əməkdaşlığa hazırdırlar.

Müzakirə zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli deputatları maraqlandıran məqamlara aydınlıq gətirib, sualları cavablandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video