17 Oktyabr 2018 15:41
217
CƏMİYYƏT
A- A+

Yeddi əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycanın dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb


Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi sahəsində tədbirlər davam etdirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, son günlərdə yeddi əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək cəhdinin qarşısı Xidmət əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində alınıb.
Belə ki, oktyabrın 7-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Şarja-Bakı reysi ilə ölkəmizə gələn Banqladeş vətəndaşları, 1998-ci il təvəllüdlü Ahmed Mohammad Masumun və 1999-cu il təvəllüdlü Moksu Mohammad Muminoor Rohmanın sərhəd naryadına təqdim etdikləri Hindistan pasportlarının qismən saxtalaşdırılması şübhə yaradıb. Laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama zamanı pasportların saxtalaşdırıldığı təsdiqini tapıb.
Oktyabrın 8-də "Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Respublikasından Gürcüstana gedən Pakistan vətəndaşları 1985-ci il təvəllüdlü Əşrəf Muhammadin və 2003-cü il təvəllüdlü Ahmed Bilalın sərhəd naryadına təqdim etdikləri pasportlara vurulmuş Yunanıstan vizası, həmçinin Əşhrəf Muhammadin pasportunda Danimarkaya məxsus Şengen vizası saxta olduğu üçün saxlanılıblar.
Bundan başqa, oktyabrın 9-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul reysi ilə uçub gedən Hindistan vətəndaşı, 1998-ci il təvəllüdlü Qurpreet Sinqhin sərhəd naryadına təqdim etdiyi pasporta vurulmuş Kanadaya məxsus vizanın saxta olması aşkarlanıb.
Həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Tehran-Bakı-London reysi ilə tranzit uçmaq istəyən İran vətəndaşı 1990-cı il təvəllüdlü Abedi İmanın sərhəd naryadına təqdim etdiyi İtaliya pasportu, İtaliyanın ID kartı və sürücülük vəsiqəsi saxta olduğu üçün o, saxlanılıb.
Oktyabrın 14-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Şarja-Bakı reysi ilə gələn İtaliya vətəndaşı 1961-ci il təvəllüdlü Mşaineş Ahmadın sərhəd naryadına təqdim etdiyi pasportun saxta olması müəyyənləşdirilib. M.Ahmadın üzərinə baxış keçirilən zaman Suriyaya aid vətəndaşlığı olmayan şəxsin pasportu aşkarlanıb.
Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video