17 Oktyabr 2018 15:15
799
Elm və texnika
A- A+

Elmin İnkişafı Fondu tərəfindən “Aqrar tədqiqatlar” məqsədli qrant müsabiqəsi elan olunub


Prezident yanında Elmin İnkişafı Fondu tərəfindən "Aqrar tədqiqatlar” məqsədli qrant müsabiqəsi elan olunub.
Fondun mətbuat xidmətindən "Azərbaycan” qəzetinə verilən məlumata görə, müsabiqənin elan olunmasında məqsəd elmi-tədqiqat institutlarının, akademik və ali təhsil sistemindəki elmi müəssisə və təşkilatların, institut və laboratoriyaların, bölmə və mərkəzlərin, digər uyğun strukturların elmi fəaliyyətini stimullaşdırmaq, modern elmi cihaz, avadanlıq və qurğularla təminatını təkmilləşdirmək, aqrar elmin ayrıca götürülmüş istiqamətlərinin inkişafını əlavə olaraq dəstəkləmək, kadr hazırlığını təmin etmək üçün adıçəkilən qurumlardan olan alim və yüksək ixtisaslı mütəxəssislərin müvəqqəti yaradılmış elmi-yaradıcı kollektivləri tərəfindən təqdim edilmiş müxtəlif xarakterli layihələri qrantlar verilməsi yolu ilə maliyyələşdirməkdir.
Müsabiqə aqrar elm sahəsində multidissiplinar və beynəlxalq araşdırmaların dəstəklənməsinə, qısa müddət ərzində rəqabət apara biləcək elmi nəticələrin alınmasına əlavə şərait yaradacaq. Layihələrdə maliyyə (stimullaşdırıcı əmək haqqı) və maddi-texniki təminatla (cihazlar, qurğular və avadanlıqlar) yanaşı, paralel olaraq kadr hazırlığı (ezamiyyətlər yolu ilə) da nəzərdə tutulur.
Bildirilir ki, müsabiqə çərçivəsində fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli və 300 000 manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək.
Müsabiqədə iştirak etmək üçün layihələr oktyabrın 22-dən dekabrın 21-i saat 17:00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2019-cu ilin 1-ci yarısında açıqlanması planlaşdırılır.
Bu müsabiqəyə layihələr yalnız Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan "e-QRANT”="Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” (http://e-grant.sdf.gov.az/) vasitəsilə təqdim edilə bilər. Bu sistem elektron-hökumət prinsipləri əsasında qurulub və "ASAN-İmza”dan istifadəni nəzərdə tutur.
Qeyd edək ki, Elmin İnkişafı Fondu müsabiqəyə təqdim olunmuş layihələrin elmi ekspertizası işini və qalib layihələrin vaxtaşırı monitorinqini təşkil edəcək. Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində "e-QRANT” sisteminə qoşulma və ondan istifadə üzrə, həmçinin qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video